Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bir necə senatorun ermənipərəst mövqeyi Fransanın ölkəmizə olan mövqeyi demək deyil

Bir necə senatorun ermənipərəst mövqeyi Fransanın ölkəmizə olan mövqeyi demək deyil

21.12.2021 [11:32]

Ramin Məmmədov: Fransa Azərbaycanla qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdır

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

(Əvvəli ötən sayımızda...)

Müsahibimiz 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Ramin Məmmədovdur. O, iki komitənin - Ailə, qadın və uşaq məsələləri komitəsi, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Söhbətimizə parlamentin yeni üzvlərinin fəaliyyəti və seçicilərlə münasibətini dəyərləndirməklə başladıq:

- Deputat olmaq yaxşıdır, ya millət vəkili?

- Əslində, bu iki ifadə simvolik məna daşıyır. Əsas odur ki, etimadı doğruldasan, adın heç bir önəmi yoxdur. Yetər ki, sənə bu adı verən siyasi partiya və sənə səs verən seçicilər bu dönəm içərisində səninlə bağlı fikirlərində pozitiv düşüncələrə sahib olsunlar.

Parlament ən qaynar nöqtələrdən biridir

- Niyə deputat seçilib?

- Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. İlk mərhələlərdən siyasi partiyanın tərkibində fəaliyyət göstərən biri kimi hazırda siyasətin içərisində olmağım təəccüblü deyil. Karyera və siyasətlə məşğul olmaq baxımından parlament ən qaynar nöqtələrdən biridir.

Bahalı brendin geyimlərindən istifadə etmirəm

- Ramin bəyin bahalı kostyum və qalstuklardan istifadə etməyi doğrudur?

- Hər hansı bahalı brendin geyimlərindən istifadə etmirəm. Sadəcə, çalışıram zövqlü və səliqəli geyinim. Bəlkə, bu iki amilin vəhdəti insanlarda daha çox bahalılıq elementi kimi qəbul olunur. Ancaq düşündüklərindən də sadə həyat tərzinə sahib olan deputatam.

İnsanlarda ümid yarada bilmişik

- Deputatlıq fəaliyyəti ərzində hansı  işləri görüb ki, vətəndaşlar onun adını yadda saxlasınlar?

- İnsanların marağına toxunacaq bir çox iş görmüşük. Mən də bu marağı genişləndirməyə açıq insanam. Düşünürəm ki, məni seçicilərim kifayət qədər tanıyır. Ancaq bu, o demək deyil, bütün reaksiyalar yaxşı mənadadır. Bəzən tənqidlər də olur və biz bunları qəbul edirik. Daha çox çalışırıq, çünki ümid olmasa, tələb də olmaz. Deməli, biz insanlarda ümid yarada bilmişik.

Yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm

- Vegetarianlığa münasibəti necədir?

- Dünyanın bütün naz-nemətlərini sınaqdan keçirib dadmaq istəyərəm. Hər hansı bir məhdudiyyətim yoxdur, ancaq vegetarianlığa da normal yanaşıram. Bu, seçim məsələsidir, məsələn, mən qidaya daha çox yaşamaq üçün bir vasitə kimi baxıram. Yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm (gülür).

Mən bunlardan da üz döndərmişəm

- Yeni ili evdə, yaxud hansısa ölkədə (bölgədə) keçirməyi planlaşdırırsınız?

- 42 il ərzində yeni ili heç vaxt ailəmizdən kənarda qeyd etməmişəm. Ənənəvi olaraq yenə də evdə olacağam. Bəzən insanlar yeni ildə bulvara çıxır, atəşfəşanlığı izləyir. Ancaq mən bunlardan da üz döndərmişəm.

- Bəlkə çox işlədiyinizə görədir?

- Bəli, onunla əlaqədar ola bilər. Qısa bir vaxt tapan kimi insan evdə oturub dincəlmək istəyir.

Milli-mənəvi dəyərləri istismar etməməliyik

- Qadın sığınacaqlarından şikayətlər çoxdur. Bu məsələ ilə bağlı hansı yenilik olacaq?

- Parlamentdə bu məsələni gündəmə gətirdik və dövlət strukturlarına müraciət etdik. Həqiqətən də, bir çox bölgələrdə sığınacaqların sayının artırılmasına ehtiyac var. Bu istiqamətdə ciddi işlər gedir, ancaq çətinliklər var. Həmçinin məsələnin qəbul edilməsi aspektində cəmiyyət tərəfindən də sıxıntılar var. Xüsusən, bölgələrdə ailədaxili münasibətlər ciddi şəkildə təbliğ olunmalı, maarifləndirmə işləri aparılmalıdır. Burada bərabərhüquqlu cəmiyyətin strukturundan söhbət gedir. Boşanmaların sayının artmasına nəzər yetirsək, görərik ki, münaqişə sayının artmasına səbəbkarlar elə özümüzük. Ailə qurmaq prosesində valideynlərin birbaşa iştirakı bu cür nəticələrə gətirib çıxarır. Ailə qurduqda milli-mənəvi dəyərləri istismar etməməliyik. Biz ailə quruculuq prosesinə daha çox şou xarakterli yanaşırıq. Bu işləri də sağlam analiz, sağlam düşüncə əsasında aparmalıyıq. 

Müraciətlər daha çox boşanma prosesi ilə bağlı olur

- Qadınlar sizə hansı problemlərlə bağlı müraciət edirlər?

- Müraciətlər daha çox boşanma prosesi ilə bağlı olur. Onlara vəkillərin təmin olunması ilə bağlı kömək edirik. Buna görə vəkillər bürosu assosiasiyasına xüsusi təşəkkür edirəm. Rayonlarda da “Hüquqlarımızı tanıyaq” adlı maarifləndirmə tədbirləri keçiririk. 

Hərdən metrodan istifadə edirəm

- İctimai nəqliyyatdan istifadə edirsiniz?

- Hərdən metrodan istifadə edirəm. Ancaq daha çox piyada gəzirəm. Bəzən insanlar yaxınlaşır, hal-əhval tuturlar. Açığı problem dilə gətirən elə çox olmur. Bunlar, təbii ki, xoş elementlərdir.

Fransa səfiri ilə birgə Sabirabadda olduq

- Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi bu gün Fransa-Azərbaycan münasibətlərini necə xarakterizə edərsiniz?

- Fransanın parlament üzvlərinin ölkəmizlə bağlı qərəzli mövqeləri ilə Azərbaycan dövlətinə yanaşma arasında fərq qoymalıyıq. Bir sıra senatorların ermənipərəst mövqeyi hələ Fransanın ölkəmizə olan mövqeyi demək deyil. Əksinə, Fransa şirkətləri Qarabağın bərpası işlərində fəal iştirak etmək istəyirlər. Bu yaxınlarda Fransa səfiri ilə birgə Sabirabadda olduq. Oradakı söhbətlərdən belə qənaətə gəlmək olar ki, ümumilikdə Fransa Azərbaycanla qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdır.

Paylaş
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31