Biz Ağalıya həmişəlik qayıtmışıq!
23.07.2022 [11:19]
Qarabağdan sonuncu çıxıb birinci qayıdan Ceyhun
Günel ABBAS
Vətən həsrəti nə qədər çətin və dözülməzdirsə, ona qovuşmaq da bir o qədər şirindir. Ali Baş Komandanın rəhbərliyi altında qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra xalqımız öz əbədi torpaqlarına qovuşmağın ən ülvi hisslərini yaşayır. Hər gün təzələnən, yeni bir məcraya çəkilən duyğuların fonunda artıq Böyük Qayıdışın ilk addımları da atıldı, ilk olaraq Zəngilanın Ağalı kəndinin sakinləri öz yurdlarına qayıtdılar.
Ağalıya həmişəlik qayıdıb, orada məskən salanlardan biri də Ceyhun Həsənovdur. O, 1984-ci il aprelin 11-də Zəngilan rayonunun Ağalı kəndində dünyaya göz açıb. Ağalı kəndində orta məktəbə başlayıb və üçüncü sinfə qədər burada təhsil alıb. I Qarabağ müharibəsi başlayandan sonra ailə üzvləri 1993-cü ilin oktyabr ayında Zəngilan rayonunun Ağalı kəndini tərk etmək məcburiyyətində qalıb. Sumqayıta köçüb burada yaşamağa davam ediblər. C.Həsənov Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində bakalavr, Lənkəran Dövlət Universitetində isə magistratura təhsili alıb...
- Ceyhun bəy, gözünüz aydın! Sizi bu möhtəşəm, qürurlu gün münasibətilə təbrik edirik. İstərdik bizimlə Böyük Qayıdışın ilk sakinlərindən biri kimi Ağalıya ayaq basanda keçirdiyiniz hissləri bölüşəsiniz...
- Bu günlər təkcə Ağalı sakinləri üçün yox, bütün xalqımız üçün əzizdir. Xoş arzularınıza və müsahibəyə görə təşəkkürlərimizi bildiririk. Bütün Azərbaycanın bizimlə sevincimizi bölüşməsi olduqca qürurludur. Necə ki, 29 il əvvəl öz dədə-baba yurdumuzdan didərgin düşəndə dərdimizə şərik olurdular. Bu gün də xoş günümüzdə bizi sevinc göz yaşları ilə yola saldılar. Mənə elə gəlir, uzun illər yurdundan ayrı düşən insanlar üçün bundan gözəl heç nə ola bilməz. Biz Qarabağdan sonuncu çıxıb, birinci qayıdanlar kimi tarixə düşürük. Bu sevinci bizə yaşadan Ali Baş Komandana, Ordumuza minnətdarıq. Şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara ayaq basmaq, əlbəttə ki, bir çox hissləri özündə ehtiva edir. Həm sevinirik, həm kədərlənirik, həm də qürurlanırıq. Bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Böyük Qayıdışın ilk sakinlərindən biri olmaq fəxr ediləsi məqam olmaqla yanaşı, həm də məsuliyyətlidir. Burada bizim üçün hər bir şərait qurulub. Deməli, Ağalının daha da inkişaf etməsi, cənnətməkana çevrilməsi üçün əlimizdən gələni etməliyik. Dosta da, düşmənə də bu torpaqlara əsl sahiblərinin gəldiyini bir daha sübut etməliyik.
- Ağalıya köçəcəyiniz xəbərini nə vaxt aldınız?
- Ağalı kəndində “ağıllı kənd”in tikintiləri gedəndən, dövlət başçısı Böyük Qayıdışın müjdəsini verəndən bu günü gözləyirik. Köç xəbəri isə 15 gün əvvəldən bizə bildirilmişdi. Xəbəri eşidəndə bütün ailə üzvlərimizlə birgə çox sevindik. Amma heç kim prosesin bu qədər sürətli yekunlaşacağını düşünmürdü.
- Əvvəlki iş yeriniz Sumqayıtda idi, indi Ağalıda harada çalışacaqsınız?
- Ağalıda məşğulluqla bağlı problem yoxdur. Kəndimizdə kifayət qədər iş yerləri fəaliyyət göstərir. Burada həm də Zəngilan rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi fəaliyyət göstərdiyimə görə, bir müddət Sumqayıta gedib gəlməli olacağam. Hələ ki, Zəngilan rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsində çalışıram. Bilirsiniz ki, həyat yoldaşım Nərminə Həsənova da Ağalı kənd məktəbinin direktorudur. Evimiz də buradadır, biz Ağalıya həmişəlik qayıtmışıq, Sumqayıtdakı işim isə Zəngilan rayon İcra Hakimiyyəti öz rayonumuzda yerləşənə qədər davam edəcək.
- Övladınız varmı?
- 1 ildən çoxdur ailə qurmuşuq, inşallah övladlarımız Ağalıda dünyaya göz açacaq, burada məktəbə gedəcəklər.
- Uzun müddət Sumqayıtda yaşamış biri kimi, yeni və daha kiçik məkanda yaşamağa öyrəşirsiniz?
- Uzun illər öz torpaqlarımıza qayıdana qədər Sumqayıtda yaşamışıq. Ora da bizə doğmadır. Ancaq insanın öz evinin, elinin yerini dünyanın ən gözəl ölkələri tutmaz. Həm də burada elə bir şərait yaradılıb ki, şəhərdəkindən daha gözəldir. Biz burada heç vaxt darıxmayacağıq.
- Sizinlə bərabər qohumlarınızdan Ağalıya kimlər köçüb?
- Hələ ki, bizim ailədən həyat yoldaşım və mən gəlmişik. Valideynlərimiz və digər qohumlar növbəti mərhələdə gələcəklər. Onlar da böyük həvəslə Ağalıya gəlib yerləşməyi gözləyirlər.
- Ağalıda yaradılan şərait barədə nə demək istərdiniz, sakinlər razıdırmı?
- Ağalıda biz sakinlərin yaxşı şəraitdə yaşaması üçün tam infrastruktur qurulub. Kəndimizdə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası da istifadəyə hazırdır. Ailə sağlamlıq mərkəzi (xəstəxana) və digər dövlət qurumlarının şöbələri fəaliyyət göstərir. Ağalı həqiqətən də “ağıllı kənd” layihəsi kimi adına layiqdir. Burada yaşayan insanların demək olar ki, digər rayonlardan asılılığı yoxdur. İnsanlar yaradılan şəraitdən çox razıdır. Artıq bir neçə gündür buradayıq, amma sakinlər bu gözəl anların yuxu olduğunu düşünürlər.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

