Ulduzlar sönmür
08.08.2023 [11:00]
Rasim Balayevin “İstiqlal” ordenli yubileyi
O, Azərbaycan kinosunun nadir incilərindən biridir. Adını çəkməsək də, Babək, Nəsimi filmlərindən söz açmağımız müsahibimizim kimliyindən xəbər verir. Bəli, söhbət Azərbaycan tamaşaçısının Nəsimi obrazı ilə sevdiyi, özünün təbirincə desək, küçədə görəndə “Nəsimi” deyə səslədiyi Rasim Balayevdən gedir. 75 illik yubileyini qeyd edən Rasim Balayevlə doğum günü ərəfəsində həmsöhbət olduq. Ölkə başçısı tərəfindən “İstiqlal” ordeni ilə təltif olunan böyük aktyor bildirdi ki, bu təltif ona doğum günündə ən dəyərli hədiyyə olub.
- Rasim müəllim, sizi həm yubileyiniz həm də “İstiqlal” odeni iıə təltif olunmağınız münasibətilə təbrik edirik...
- Diqqətiniz üçün çox sağ olun. Əvvəla, məni yubileyim münasibətilə “İstiqlal” ordeni ilə təltif edən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürur verici və çox xoş oldu.
- 75 yaşa çatmağın özü də böyük bir yol keçdiyinizi göstərir. 75 yaş az bir ömür yolu da deyil. Bu gün geriyə baxanda nələr düşünürsünüz?
- 75 yaşın gətirdiklərinə gəldikdə isə, ömrün ötən səhifələrinə nəzər saldıqda yaxşı günlər də olub, yaman günlər də. Amma əsas odur ki, ömür boşuna getməyib. Yaxşı kollektivlərdə işləmişəm, kinoda tamaşaçılar tərəfindən sevilən rollarım olub. Amma bununla belə gənclik gedib, ömür gedib. Hərhalda Allah belə məsləhət bilib, həyat belə olmalıdır.
- Yəni, bilmədiniz, necə gəldi, necə getdi...
- Təxminən 40 yaşıma qədər illərin necə keçdiyini hiss edirdim. Ondan sonra Qarabağ probleminin başlaması, SSRİ-nin dağılması kimi hadisələr baş verdi. Bir də gözümü açıb gördüm ki, illər keçib gedib. 40 yaşımdan sonra illər uçub getdi.
Ömür Allahın qismətidir. İndi tez-tez xəyal məni uzaqda qalan illərə aparır - dostlarımı yadıma salıram. O dostları ki, mənimlə çiyin-çiyinə neçə-neçə ekran əsərinin çəkilişlərində iştirak ediblər. Əksəriyyəti dünyadan çox erkən, vaxtsız köçüb. Ona görə də mən indi 75 yaşa çatmışamsa, bu, mənə Tanrı payı, İlahi lütfdür. Mənim aktyor kimi sənətə qədəm qoyduğum illərdə kinostudiyada bir qaynar həyat vardı. Bir ildə eyni vaxtda istər bədii, istər sənədli neçə-neçə film çəkilirdi.
- Ötən həyat yoluna nəzər saldıqda hansısa peşmanlıqla rastlaşmırsınız?
- Yox. Şükür Allaha ömür boyu peşman olduğum hallar olmayıb. Hansısa söz seçimimdə olub, hansısa zəif ssenari hesab etdiyim filmdə çəkilmənin peşmanlığını çəkdiyim olub.
- Xeyli rolda oynamısınız. İndi geriyə baxanda hansı rollardan imtina edərdiniz, ya hansı rolları fərqli oynamaq istərdiniz?
- Teatrdan fərqli olaraq kino çəkilərkən çoxlu məşq edilir və bir neçə dubla çəkilir. Rejissor da onun ən yaxşısını seçir. Çəkildiyim filmlərin bəzi yerlərini fərqli oynamaq istərdim, amma təəssüf ki, bu mümkün olan şey deyil.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23

