Türkiyə Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük önəm verir
13.03.2012 [01:29]
ötən həftə Bakıda, “Hyatt Regency” mehmanxanasında 30 ölkəni təmsil edən universitetlərin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçirilib. Sərgi iştirakçıları arasında İzmir Ekonomi Universitetinin stendi ziyarətçilərin böyük marağına səbəb olub. Universitetin prorektoru Murad Adıvar sərgi ilə bağlı öz təəssüratlarını əməkdaşımızla bölüşüb.
-Murad bəy, bir çox ölkələrdə keçirilən analoji sərgilərdə iştirak etmisiniz. Bakıda təşkil olunan təhsil sərgisini necə qiymətləndirirsiniz?
- Bəri başdan qeyd edim ki, sərgi çox yaxşı təşkil olunub. Burada sərgi iştirakçıları, eləcə də, ziyarətçilər üçün hər bir şərait yaradılıb. Bildiyim qədər, təhsil sərgisinin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Və İzmir Ekonomik Universiteti olaraq biz artıq üçüncü ildir ki, bu sərgidə iştirak edirik. Bunun da səbəbləri var. Türkiyə Azərbaycanla təhsil sahəsində əməkdaşlığa çox böyük önəm verir. Odur ki, Bakıda keçirilən analoji sərgilərdə heç tərəddüd etmədən iştirak edirik.
- Universitetinizdə Azərbaycandan nə qədər tələbə təhsil alır?
-öncə qeyd edim ki, İzmir Ekonomik Universitetin (İEU) qurulmasında yaxından iştirak edənlərdən biri-həmyerliniz, Universitetin Fənn-ədəbiyyat fakültəsinin dekanı İsmixan Bayramoğlunun bu işdə çox böyük zəhməti vardır. Budəfəki sərgiyə də elə onunla birlikdə gəlmişəm. O ki qaldı sualın birbaşa cavabına, İEU-da 20-dən artıq azərbaycanlı tələbə təhsil alır. Biz ümid edirik ki, bu tələbələrin sayı ildən-ilə artacaq. Biz digər Türk cümhuriyyətlərindən olan tələbələrin də Universitetimizdə təhsil almasına tərəfdarıq. Azərbaycanın bu mənada bir körpü rolu oynayacağına əminik. çünki burada təhsilə çox böyük önəm verilir. Azərbaycan universitetləri dünyanın bir sıra ali məktəbləri ilə, o cümlədən, İEU ilə əməkdaşlıq edir. Biz də bu əməkdaşlıqdan istifadə edərək tələbə mübadiləsi aparmaq, daha çox tələbəni universitetimizdə görmək istəyirik.
Məlum olduğu kimi, İEU dünya universitetlərinin reytinq sıralamasında ikinci minlikdə qərarlaşıb. Bu, çox mühüm göstəricidir. Hesab edirik ki, Azərbaycandan olan gənclər İEU-nun imkanlarından istifadə etməklə yüksək biliklərə yiyələnə və öz ölkəsi üçün faydalı mütəxəssisə çevrilə bilərlər. Onlar universitetimizdə qazanmış olduqları təcrübələri Azərbaycanda tətbiq edə, ölkənin daha da inkişafına layiqli töhfə verə bilərlər.
- Bəs Azərbaycandakı inkişafı necə qiymətləndirirsiniz?
-Avropanın bir çox şəhərlərində olmuşam. Azərbaycana isə ilk gəlişimdir. Bakıya gələndən sonra buradakı inkişafı görüb heyrətləndim. Tez Türkiyəyə, həyat yoldaşıma zəng vurdum, dedim ki, kaş sən də burada olaydın, bu gözəlliyi öz gözlərinlə görmüş olaydın. Azərbaycan hər bir turisti heyrətləndirəcək qədər gözəl bir ölkədir. Azərbaycandakı iqtisadi inkişaf bu ölkəyə ilk dəfə ayaq basan hər bir kəsi valeh edir. Məlum olduğu kimi, Azərbaycan paytaxtı bu il “Eurovision” musiqi yarışmasına ev sahibliyi edəcək. Hesab edirəm ki, burada yaradılmış gözəlliklər, insanların mehribanlığı və qonaqpərvərliyi avropalı turistlərin uzun müddət yaddaşlarından silinməyəcək. Bu, hər şeydən əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin, eləcə də, Onun islahatçı komandasının öz işinə çox peşəkarcasına yanaşmasından irəli gəlir. Elə məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycan bir-birinin ardınca istər beynəlxalq arenada, istərsə də digər sahələrdə bir-birindən uğurlu nailiyyətlər əldə etməkdədir. Hesab edirəm ki, qarşıdakı illərdə də bu uğurların davamı gələcəkdir.
-Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də qəzetiniz vasitəsilə bütün Azərbaycan xalqına səmimi salamlarımızı yetirir, onlara rifah və xoş güzəran arzulayıram.
(Sərgidə iştirak edən İzmir Ekonomi Universitetinin nümayəndələri ilə geniş reportajla növbəti sayımızda tanış ola bilərsiniz)
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

