Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Özümüzə qarşı təhdid görsək...

Özümüzə qarşı təhdid görsək...

25.04.2024 [10:30]

Azərbaycan dövləti ciddi tədbirlər həyata keçirəcək

“Biz onlara belə bir şansı verməyəcəyik”

2020-ci ildən etibarən Cənubi Qafqaz bölgəsində yaradılan yeni siyasi-hərbi reallıqlar özünün məntiqi nəticəsini ortaya qoymaqdadır.  Təsadüfi deyil ki, Vətən müharibəsi və lokal antiterror tədbirlərnin ardından regionun təhlükəsizlik arxitekturası yeni bir şəkil alıb - artıq, Cənubi Qafqaz ötən onilliklərdə olduğu kimi münaqişə bölgəsi və ya silahlı qarşıdurma zonası sayılmır, tam əksinə, əməkdaşlıq və tərəfdaşlıq platforması hesab edilir. Bunun arxasında isə Azərbaycanın illərlə yürütdüyü, sülhü hədəfləmiş, militarizasiyanı və eskalasiyanı istisna edən siyasəti dayanır. Təbii ki, sabitliyin və davamlı sülhün bərqərar olması üçün hər iki tərəfin bu məqamları diqqətə alması lazımdır. Başqa sözlə, Azərbaycanın sülh çağırışları, bölgədə yeni iqtisadi şəkilləndirməni aktuallaşdırdığı zamanda Ermənistanın gizli şəkildə silahlandırılması paralel şərt anlayışını pozur. Sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesinin müstəvisi son 1 ildə yeni məzmun qazanıb. Başqa sözlə, 6 ay öncə reallaşan antiterror tədbirləri müzakirə prdmetlərini yeniləyib. Bu mənada, vaxtilə manə kimi dəyərləndirilən bəzi nüanslar ortadan qalxıb. Ermənistanın indiki halda və silahlanmasının fonunda hansısa yeni “fikirlərə” qapılması fərqli situasiyaya yol aça bilər.  aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur: “Onlar (ermənilər - red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.

Silahlandırma təhdidi...

Silahlanma məsələsi isə son günlərdə ən mühüm aktuallıq daşıyan məsələlərdən birinə çevrilib - başda Fransa olmaqla bəzi qüvvələr əsasında Cənubi Qafqazda qeyri-sabit siyasi vəziyyət yaratmaq arzusu dayanan addımlarının effektivliyini artırmaq üçün bir sıra qaranlıq məsələlərə əl atırlar - Ermənistana aktiv şəkildə silah ixrac edilməkdədir. Bunların arasında zirehli texnikalar və hava hücumu üçün əlverişli sayılan qurğular daha geniş maraq doğurur. İlk baxışdan Ermənistana “yardım” görüntüsü yaradan Fransanın əsl məqsədi fərqlidir - onlar Cənubi Qafqazda müharibənin, atəş səslərinin kəsilmədiyini hər kəsə nümayiş etdirmək istəyirlər. Özünün ixrac etdiyi və istehsalçısı olduğu, amma Hindistanın əli ilə Ermənistana çatdırılan silah-sursatın verilməsinin əsl məqsədi də bundan ibarətdir. Bu prosesə Yunanıstanın da cəlb olunması böyük maraq doğurur - Yunanıstanın müdafiə naziri Nikos Dendiasın İrəvanda söylədiyi “müdafiə əməkdaşlığ” formatı əslində, müharibə üçbucağıdır. Prezident İlham Əliyev beynəlxalq forumda çıxışında vurğulayıb ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

5 aprel nəyin anonsudur?

Maraqlıdır ki, yaradılan təhdid yalnız Fransa-Yunanıstan-Hindistan üçbucağı ilə də yekunlaşmır. Azərbaycanın planlaşdırdığı ciddi tədbirlərin mühüm əsasları mövcuddur - son proseslər, xüsusilə aprelin 5-də Brüsseldə baş tutan görüş illərlə “Qarabağ kartı” üzərindən siyasi oyunlar quranların yeni planlara əl atdığını deməyə əsas verir. Əks halda, aprelin 5-ində baş tutmuş görüşün məramı nə idi? Axı, Aİ Ermənistana o qədər də yüksək olmayan bir məbləğdə yardım etməsi üçün belə bir formatda görüş tərtib etməzdi - nəzərə alsaq ki, bu kimi görüşlər nəinki post-sovetin heç bir ölkəsi üçün, hətta Qərbin açıq dəstək verdiyi Ukrayna üçün “təşkil edilməmişdi”. Maraqlıdır ki, regionda sabitliyin formalaşdırılması üçün daha çox güc sərf edən Azərbaycanla deyil, qeyri-kosnstruktiv mövqeyə malik Ermənistanla belə bir görüşün təşkili nəyin “anonsu” sayılır? Bəlkə də sualın cavabı elə özündə gizlənir - o baxımdan ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni mənzərə yeni dünyanın anonsudur. Onlar anlayır ki, Cənubi Qafqazın və ona bitişik regionların uğurlu, müstəqil gələcəyi məhz Azərbaycanın formalaşdırdığı trayektoriya üzrə qurulur - yaratdığı, qarantı olduğu təhlükəsizlik arxitekturası ilə əməkdaşlıq platforması ilə Azərbaycan region üçün yeni inkişaf konsepsiyası hazırlayır. Ermənistan isə silahlandırılmaqla yeni müharibələrə sövq edilir və anlamır ki, bu amil onun özünün əleyhinə işləyir. Sözügedən güclər Cənubi Qafqazın potensialını bilir və bu inkişaf xəttinə mane olmaq üçün ayrıcı xətlər çəkirlər - hətta görüşün təmsil olunan qurum və dövlətlərin ən yüksək rütbəli şəxsləri tərəfindən təşkili onu deməyə əsas verir ki, Ermənistanı “oğurlamaqla” bu qüvvələr Cənubi Qafqazın gələcək inkişafına “təsir göstərməyə” çalışacaq. Buna isə Azərbaycan nə imkan, nə də icazə verməyəcək.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik. Dövlətimizin başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31