Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

17.06.2024 [11:12]

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib. 

İrakli Kobaxidze qeyd edib ki, ölkənin müsəlman icması Gürcüstanın ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır. 

“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm" - deyə, Baş nazirin təbrikində vurğulanır.

Gürcüstan hökumətinin başçısı müsəlmanların bayram sevincinə qoşulduğunu bildirib, hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıb.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31