Makronun yalanı...
20.07.2024 [10:50]
Fransa prezidenti əsassız iddialarla özünü ifşa edir
Böyük Britaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirak edən Fransa prezidenti Emmanuel keçirdiyi mətbuat konfransı zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Belə ki, mətbuat konfransında azərbaycanlı jurnalistin “Əgər siz sülh tərəfdarısınızsa, o zaman Ermənistanı niyə silahlandırırsınız?” sualına cavabında “Bu, təbiidir. İki suveren ölkə müdafiə sahəsində əməkdaşlıq edir. Hansısa bir dövlətin özünü silahlandırması normal haldır...” deyib. Makron daha sonra Azərbaycanın da son illərdə özünü silahlandırdığını və guya “2020-ci ildə Ermənistana hücum etdiyini” iddia edib.
XİN: Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək
Fransa prezidentinin bu əsassız fikirlərinə cavab özünü çox gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Makronun mətbuat konfransı zamanı Azərbaycanla bağlı söylədiyi fikirləri şərh edib. O, təəssüflə bildirib ki, Emmanuel Makronun “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir. Fransa tərəfinə xatırladılıb ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanı Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.
“Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub. Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək”, - deyə A.Hacızadə vurğulayıb.
İcma: Pozucu əməlləri dayandırmağı tələb edirik
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bəyanatda 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd göstərən Fransa prezidentinə xatırladılıb ki, 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olub. Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd göstərmək əvəzinə, Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir. “Vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir. Qərbi Azərbaycan İcması Fransadan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir”,-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Azərbaycanın sülh çağırışlarına rəğmən rəsmi İrəvan hərbiləşmə siyasətini davam etdirir. Ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir.
Fransa ilə yanaşı Hindistan da erməniləri silahlandırır
Fransa ilə yanaşı Hindistanın da son zamanlar Ermənistana silah tədarükü ölkəmizdə etirazla qarşılanır. Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev KİV-ə açıqlamasında bildirib ki, Ermənistan ordusunun fərari hərbi qulluqçuları ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar hay ordusunda əvvəllər mövcud olmayıb. Hazırda isə Ermənistandan başqa Hindistan ordusu da “Spartan-SH” adlanan bu monokulyardan məhdud sayda əldə edib.
Ekspert xatırladıb ki, müharibədəki məğlubiyyətdən sonra hind və erməni mətbuatında dəfələrlə İrəvanın Hindistandan artilleriya sistemləri, “Pinaka” reaktiv buraxılış qurğularının, müxtəlif atıcı silahların, döyüş sursatı və partlayıcı maddələrin alınması barədə məlumatlar tirajlanırdı: “2022-ci ildən sonra məğlub Ermənistan fərari ordusunu modernləşmək və müdafiə qüvvələrinə yardmı etmək üçün dəfələrlə Hindistana müraciət edib. Ermənistanın bəzi müraciətləri müharibədən az əvvəl baş tutub. 2020-ci ildə Ermənistan Hindistandan 40 milyon dollara dörd ədəd “Svathi” kontrbatareya atəş radarı əldə etdi, lakin onlar Azərbaycanla müharibə zamanı uğurlu tətbiq edilmədi. Müharibədən sonra isə Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemini və “Akash” zenit raket kompleksini alıb. Lakin bu silahları Ermənistan müharibədən sonrakı dövrdə istifadə etməyib. Ümumiyyətlə, Azərbaycan Ermənistana şərti dövlət sərhəd xəttinə hücum silahı yaxınlaşdırmamaq üçün bir neçə dəfə ciddi xəbərdarlıq edib”.
Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi Ermənistanın özü üçün ciddi problemlər yaradacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

