Müstəqillik və suverenlik prinsiplərinə əsaslanan xarici siyasət
26.09.2024 [12:00]
Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursu həyata keçirir. Təbii ki, ölkənin xarici siyasəti müxtəlif inkişaf mərhələlərində milli və qlobal səviyyələrdə meydana çıxan çağırışlar nəzərə alınmaqla müəyyənləşdirilir. Otuz illik işğal dövründə Azərbaycanın xarici siyasəti əsasən münaqişənin ədalətli həllinə yönəlmişdi. Prezident İlham Əliyev son 20 ildə respublikamızın həqiqətlərini, artıq keçmişdə qalan Qarabağ probleminin gerçək mahiyyətini, ölkəmizin sülh istəyini beynəlxalq birliyin diqqətinə çatdırmaq üçün fəal diplomatiya apararaq müxtəlif formatlarda keçirilən görüşlərdə çoxsaylı müzakirələrə qatılıb. 44 günlük müharibədən və 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra isə yeni reallıqlar yaranıb və çağırışlar dəyişib. Aydın məsələdir ki, yaranan yeni reallıqlar xarici siyasətimizdə də nəzərə alınır. Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi geniş nitqində bildirdiyi kimi, indi isə - tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik. Dövlətimizin başçısı nitqində hazırkı strateji mərhələdə respublikamızın yürütdüyü xarici siyasət kursunun konturlarına diqqət çəkib.
Azərbaycan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib
Biz dünyada ziddiyyətli proseslərin getdiyi, tez-tez böhranların baş verdiyi bir dönəmdə yaşayırıq. Belə bir təlatümlü dönəmdə ayrı-ayrı ölkələr çətin sosial-iqtisadi problemlərin məngənəsinə düşürlər. Prezident İlham Əliyev isə davamlı, məqsədyönlü, konkret hədəflərə hesablanan siyasət həyata keçirməklə ölkəmizin tarixinə yeni-yeni inkişaf salnamələri yazır. Ötən dövrdə Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib. Bu gün ölkəmiz heç bir kənar qüvvədən, beynəlxalq maliyyə qurumlarından asılı deyil.
Öz növbəsində iqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Hazırda özünün güclü iqtisadi potensialına əsaslanan Azərbaycan dövləti xalqımızın, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur və tam müstəqil siyasi kurs həyata keçirir. Biz qonşu Ermənistanın timsalında müstəqilliyi formal xarakter daşıyan bir dövlət görürük. Bu ölkənin müstəqil yaşamağa nə iqtisadi potensialı, nə də siyasi iradəsi var. Buna görə də rəsmi İrəvan tez-tez oriyentasiyasını dəyişir və ayrı-ayrı siyasi qütblərin çətirləri altına sığınır. Bir vaxtlar Rusiyanın forpostu olan bu ölkə indi Şimal qonşumuzun üzləşdiyi məlum çətinliklər fonunda Qərbə üz tutub və oradan gələn təlimatlara, siyasi sifarişlərə uyğun davranışlar sərgiləyir. Azərbaycanın xarici siasət kursu isə sırf müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız öz siyasətində o mövqedən çıxış edir ki, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlər bərabərhüquqlu əsaslarla qurulmalı və bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət göstərilməlidir. Ölkəmiz dostlarını özü seçir. Bizim siyasətimiz Ermənistandan fərqli olaraq hansısa mərkəzlərdə deyil, Bakıda müəyyənləşdirilir. Azərbaycan böyük və yaxud kiçik dövlətlər arasında fərq qoymur, bütün tərəflərə eyni münasibət bəsləyir.
Azərbaycanın suverenlik və müstəqillik prinsiplərinə əsaslanan xarici siyasət kursu gələcəkdə də eyni ardıcıllıqla davam etdiriləcək. Postmüharibə dövründə bir sıra Qərb dairələri, o cümlədən də Fransa kimi ölkələr, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar yenə də ölkəmizə qarşı qərəzli davranaraq ikili standartlardan, selektiv yanaşmalardan çıxış edirlər. Məsələn, cari il yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Halbuki belə bir bədnam qətnamənin qəbul edilməsinə hər hansı bir əsas yox idi. Azərbaycan bu qərəzli yanaşmanı cavabsız qoymadı. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Buradan da göründüyü kimi, heç bir beynəlxalq təsisat qərəzli yanaşmalarını ölkəmizə qəbul etdirə bilməz. Hər kəsin cavabı adekvat şəkildə veriləcək. “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dünya birliyinin etimadı - ölkəmiz qlobal iqlim konfransına ev sahibliyi edəcək
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. İndiyədək Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Cari ildə ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə baş tutub. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir 50 ildən sonra ikinci dəfə Bakı şəhərində keçirilib.
Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Azərbaycan özünün qətiyyətli siyasəti ilə bir daha bu spekulyasiyaları alt-üst etdi və ölkəmizin müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə növbəti dəfə dünyanın diqqət mərkəzində olacaq. COP29 tədbirində iştirak etmək üçün ölkəmizə 70 mindən çox qonağın gələcəyi gözlənilir. Eyni zamanda, beynəlxalq birlik qarşısında məsuliyyətini yaxşı başa düşən Azərbaycan hazırda qlobal iqlim konfransına ciddi hazırlıqlar görür. COP29 üçün geniş əhatə dairəsinə malik gündəlik müəyyənləşdirilib. Ölkəmiz ev sahibliyi edəcəyi qlobal konfransda iqlim çağırışları ilə bağlı həmrəyliyə nail olmaq niyyətindədir. İqlim çağırışları bütün ölkələri təhdid edir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, qlobal təhlükəyə qarşı beynəlxalq birliyin səyləri əlaqələndirlməli və uzlaşdırılmış fəaliyyətlər həyata keçirlməlidir.
Bütün qitələrdə respublikamızın dostlarının sayı artır
Qürurverici haldır ki, bu gün respublikamız Cənubi Qafqaz coğrafiyasının lider dövləti olmaqla yanaşı, həm də beynəlxalq aktora çevrilib. Dünyada Azərbaycanın indiki həssas dönəmdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi sanballı töhfələr, iqlim çağırışları da daxil olmaqla qlobal səviyyədə meydana çıxan problemlərə həssas yanaşma sərgiləməsi, beynəlxalq həmrəyliyin gücləndirlməsinə böyük səy göstərməsi yüksək dəyərləndirilir. Burada dövlətimizin, şəxsən Prezident İlham Əliyevin siyasi qətiyyətinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Həmçinin Onun liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri Ona büytün dünyada böyük nüfuz qazandırıb. Bunu dövlətimizin başçısının həm İslam dünyasına, həm də Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələri birləşdirən təşkilatların Zirvə görüşlərinə fəxri qonaq qismində dəvətlər alması bir daha təsdiqləyir.
İndiyədək Avropa İttifaqının 10 üzv dövləti ilə starteji tərəfdaşlığa dair sənədlər imzalayan və paralel şəkildə dünyada İslam həmrəyliyinin güclənməsinə sanballı töhfələr verən Azərbaycanın müxtəlif qütbləri təmsil edən beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksək səviyyədədir. Azərbaycan türk dünyasını birləşdirən Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir. Ölkəmizin uğurlu sədrliyi dönəmində sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Hazırda isə ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və sürətlə inkişaf edən ölkələri bir araya gətirən BRIKS-lə əməkdaşlığın genişləndirlməsi istiqamətində fəal siyasət aparır. Bütün bu kimi məqamlara istinad edən Prezident İlham Əliyev bildirib ki, dostlarımızın bütün qitələrdə sayı artır. “Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16