/ / Mübariz Qurbanlı: Bu çağırış Rusiya hakimiyyətinin rus dili vasitəsilə müəyyən ərazini təsir dairəsində saxlamaq istəyi və cəhdidir
Mübariz Qurbanlı: Bu çağırış Rusiya hakimiyyətinin rus dili vasitəsilə müəyyən ərazini təsir dairəsində saxlamaq istəyi və cəhdidir
21.02.2013 [00:51]
“AzNews.az”-a açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rusiya prezidenti Vladimir Putinin “Rus dilinin istisnasiz olaraq region ölkələrində doğma dil kimi dəstəklənməsini genişləndirmək zəruri və vacib məsələdir” fikrinə etirazını bildirib. O qeyd edib ki, rus dilinin Rusiyanın öz daxilində istifadəsi normaldır, amma onun keçmiş sovet məkanında Ana dili kimi istifadəsinə çağırış və onu təzyiq formasında irəli sürmək yolverilməzdir: “Azərbaycan müstəqil dövlətdir, dövlət dili Azərbaycan dilidir və bu dil 50 milyonluq azərbaycanlının istifadə etdiyi dil olmaqla bərabər həm də yayılma coğrafiyasına, təmas qurma imkanlarına görə o qədər də geri qalan deyil”.
Azərbaycanda bir sıra dillərlə yanaşı, rus dilinin də paralel fəaliyyət göstərdiyini, öyrənildiyini, tədris olunduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, rus dili vasitəsilə dünya ədəbiyyatına, elmi-texniki ədəbiyyata sahib olmaq normaldır. Onun sözlərinə görə, bu gün Azərbaycanın dünyaya çıxış baxımından rus və ingilis dilləri geniş istifadə olunan dillərdəndir, Azərbaycan dili də onlardan geri qalmır: “Rusiya prezidenti Vladimir Putinin “rus dili MDB ölkələrində ana dili kimi istifadə olunmalıdır” tezisi bir çağırış kimi də qəbil oluna bilər. Bu çağırış da Rusiya Fedarasiyasının, bütövlükdə indiki Rusiya hakimiyyətinin siyasətindən biridir, rus dili vasitəsilə və hansısa formada müəyyən ərazini təsir dairəsində saxlamaq istəyi və cəhdidir. Bizdə hansısa dil məhdudiyyəti, yoxdur, kim istəyir rus dilində, kim istəyir ingilis dilində təhsil ala bilər. Amma biz Azərbaycanda yaşayırıq, kargüzarlıq Azərbaycan dilindədir və əminəm ki, mükəmməl Azərbaycan dilini bilmək daha vacib, daha mühüm məsələlərdən biridir, dövlət idarəçiliyində də Azərbaycan dilini mükəmməl şəkildə bilənlər iştirak edə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

