Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

16.11.2024 [09:53]

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Məhmədtohir Zokirzoda noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31