Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb

18.11.2024 [10:36]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31