Tbilisi küçələrində Soros izi...
26.12.2024 [08:46]
Qonşu və dost Gürcüstanda son iki ildə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirələri və qəbulu fonunda başlayan müxalifət-iqtidar qarşıdurmaları bir qədər bundan əvvəl yekunlaşan parlament və prezident seçkilərindən sonra daha da gərginləşib. Xüsusilə də hakimiyyət daxilində parçalanma diqqət çəkir. Milli qanunvericiliyə əsasən səlahiyyət müddəti dekabrın 29-da bitəcək prezident Salome Zurabişvili parlament və prezident seçkilərinin nəticələrini tanımır və özünü ölkədə yeganə legitim institut sayır. O, dekabrın 29-dan sonra da Prezident Sarayında qalıb fəaliyyətini davam etdirəcəyini bildirir.
Xanım prezidentin iddiaları...
Gürcüstandakı qarşıdurmaları yalnız milli səviyyədə cərəyan edən siyasi proseslər kimi səciyyələndirmək doğru olmazdı. Siyasi böhrana qədər uzanan hadisələr əslində kollektiv Qərbin Cənubi Qafqaz siyasətindən qaynaqlanır. Qərb bu coğrafiyada qonşu dövlət olan və qlobal güc qismində çıxış edən Rusiyanın mövqeyini zəiflətməklə özünün daha geniş mövcudluğuna nail olmaq istəyir. Vaşinqton, Brüssel və Paris bu planı milli dövlətlər üzərindən reallaşdırmaq niyyətindədir. Təbii ki, öz siyasətində müstəqillik və suverenlik prinsiplərini önə çəkən Azərbaycan Qərbdən gələn diktələri qəbul etmiir. Ölkəmizin siyasi rəhbərliyi qəti şəkildə bildirib ki, Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı plasdarm olmayacaq. Rəsmi İrəvan Qərb ssenarisində yer alsa da, bu ölkənin sürüşkən və fürsətcil mövqeyi ona bəslənilən inamı azaldır. Bəli, bu gün Ermənistan həmişə forpostu olduğu Rusiyadan uzaqlaşmaq görüntüsü yaratmağa çalışır. Rəsmi İrəvanın bu hiyləgərliyi Qərbdən daha çox yardımlar almağa və mövcud hakimiyyətin ömrünü uzatmağa hesablanıb. Heç bir təminat yoxdur ki, bu ölkə gələcəkdə daha şirnikləndirici vədlər müqabilində oriyentasiyasını yenidən dəyişməsin. Bütün bunların fərqində olan Qərb Rusiyaya qarşı planlarını Gürcüstan üzərindən reallaşdırmaqda israrlıdır. Qərbə milli maraqlarından imtina edən, müəyyən təminatlar müqabilində sözə baxan Gürcüstan lazımdır. Ancaq qonşu ölkədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət Avropa İttifaqına sürətli inteqrasiya vədlərinə aldanmayaraq suverenlik prinsipindən çıxış edir, gürcü xalqının mənafeyini və milli ləyaqətini qorumaqda israrlı mövqe sərgiləyir. Təəssüf doğuran haldır ki, bu gün Gürcüstanda Qərbdən maliyyə asılılığına malik geniş vətəndaş cəmiyyəti təsisatları şəbəkəsi formalaşıb. Həmin şəbəkə hökumətin iradəsini iqnor edərək Qərbdən gələn diktələrə uyğun davranır. Prezident Zurabişvili də bu sırada yer alır. O, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası təkrar seçkilərin keçirilməsinə razılıq verməyəcəyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətindədir. Zurabişvili bu barədə sosial şəbəkə hesabında etdiyi videomüraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir. Zurabişvili bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq - “rejimin dağılması”. O həmçinin seçilmiş prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq niyyətini bir daha bəyan edib. “Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün şura yaradılacaq. Bu şuranın mandatı yalnız bir məsələyə - yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”, - deyə Zurabişvili bildirib.
Növbəti “rəngli inqilab” dalğası
Gürcüstan cəmiyyətində Zurabişvilinin ifadə etdiyi fikirlər ölkəni yeni “rəngli inqilaba”, dağıdıcı “maydan hərəkatına” sürükləmək cəhdi kimi dəyərləndirlir. Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib ki, ölkədə noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun fondu dayanır. Gürcüstan parlamentinin deputatı Eka Sepaşvili isə hesab edir ki, Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır. “Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur”, - deyə Sepaşvili vurğulayıb.
Gürcü xalqı bir dəfə “rəngli inqilab”ın kədərli nəticələrini öz taleyində yaşayıb. Ölkə qısamüddətli müharibəyə cəlb olunub və ərazilərinin bir qismini itirib. Buna görə də indi Gürcüstan cəmiyyətində hakimiyyətə qarşı yeni “rəngli inqilab” ssenarisi populyar deyil. Başqa sözlə desək, xalq ölkədə sabitliyi və davamlı inkişafı təmin edən mövcud hakimiyyəti dəstəkləyir. “Gürcü Arzusu -Demokratik Gürcüstan” Partiyası öz mövqeyində israrlıdır. Partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib ki, prezident Salome Zurabişvilinin qeyri-adekvat bəyanatlar verməyinə yeganə səbəb onun ağır emosional fonudur. “Konstitusiyanı oxuyurlar, o qədər də cahil deyillər. Amma bunlar baş nazir təyin etmək, yeni seçkilər keçirmək istəyirlər. Lakin qeyd etmirlər ki, bunun üçün əsas olmalıdır”, - deyə M.Mdinaradze vurğulayıb.
Zurabişvili həbs oluna bilər
“Prezident Salome Zurabişvili yeni parlament seçkilərinin təyin olunması ideyasını yenidən irəli sürərsə, həbs oluna bilər”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
Hökumət başçısı bildirib ki, dekabrın 21-də S.Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb. Onun bu təşəbbüsü Gürcüstan qanunlarının kobud şəkildə pozulması deməkdir və cinayət məsuliyyəti yaradır.
Baş nazirin sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə parlament seçkiləri üç halda təyin edilə bilər. Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, parlamentin dördillik səlahiyyət müddəti başa çatdıqda və parlament hökumətə etimad göstərmədiyi halda təkrar parlament seçkiləri keçirilə bilər.
İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22