/ / ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti: Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşdirir
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti: Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşdirir
24.04.2013 [15:42]
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetinin 22 aprel tarixli nömrəsində “ASAN xidmət” haqqında “Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşdirir” sərlövhəli məqalə dərc olunub. AzərTAc məqalənin tam mətnini təqdim edir.
“Azərbaycan Hökumətinin bürokratiyanın qarşısının alınması, şəffaflığın artırılması, biznesin asanlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində vətəndaşlara geniş sayda dövlət xidmətlərinin göstərilməsinə imkan verəcək xüsusi avtobuslar iyun ayından başlayaraq yola çıxacaq.
Prezident İlham Əliyev “ASAN xidmət”i dövlət qurumlarının fəaliyyətində səmərəliliyi, şəffaflığı, hesabatlılığı artırmaq, korrupsiyanı azaltmaq və islahatları sürətləndirmək məqsədi ilə şəxsən yaradıb. “ASAN xidmət”in yaradılması, həmçinin, ölkələrin bürokratiyanın qarşısının alınması və proseslərin sadələşdirilməsi istiqamətində gördüyü işləri hər il qiymətləndirən Dünya Bankı tərəfindən “Doing Biznes” (Biznesin həyata keçirilməsi) üçün müəyyən edilən meyarlara tam uyğundur.
“ASAN xidmət” hökumət tərəfindən bütün sahələr üzrə - qeydiyyat sənədlərinin, şəxsiyyət vəsiqələrinin, pasportların verilməsindən tutmuş vergi məsələləri və hüquqi şəxslərin qeydiyyatına qədər geniş xidmətlərin göstərilməsini təmin edir. Azərbaycanda artıq biznesə başlamaq üçün prosedurlar 30-dan 7-yə, xərclər isə yarıyadək endirilib.
Bu mütərəqqi təşəbbüsdən məqsəd bizneslə nəzərdə tutulduğu kimi, vətəndaşlarla da yaxın ünsiyyət qurmaqdır. Bu məqsədlə hökumət “ASAN xidmət”in rayon mərkəzlərinə avtobus turlarını yaradıb ki, vətəndaşların dövlət idarələri ilə əlaqələrinin asanlaşdırılmasına və onların xidmətlərindən istifadə etmələri üzrə bütün məsələlərə dəstəyi təmin etsin.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, xüsusi avtobuslar “ASAN” xidmət mərkəzinin bu il açılmayacağı regionlara və kəndlərə səfər edəcək, vətəndaşlara yerlərdə dövlət xidmətləri göstərəcək.
Artıq 60 min vətəndaş “ASAN”ın xidmətlərindən şəhərdəki mövcud mərkəzlər və çağrı mərkəzi vasitəsilə istifadə edib. İyun ayından başlayaraq avtobuslar bu xidmətlərin daha geniş sayda vətəndaşa göstərilməsini təmin edəcək.
Növbəti mərhələ xarici iş adamlarının “ASAN xidmət”dən istifadəsini təmin etməkdir. Keçən həftə Bakıda keçirilən konfransda müzakirələr “ASAN”da vizaların və iş icazələrinin verilməsi mövzusu ətrafında olub. Bu, həm Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər, həm də onların təcrübəsindən faydalanan vətəndaşlar üçün yararlı olacaq.
“ASAN” vətəndaşlara daha yaxşı xidmətin göstərilməsi məqsədi ilə hökumətin proseslərin sadələşdirilməsi, biznes rahatlığının təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması ilə bağlı islahatlarının bir hissəsidir.
Azərbaycan, həmçinin bu il digər Avropa dövlətləri ilə ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı müdafiəsi haqqında müqavilələrə imza artıb”.
Məqalənin əslini http://online.wsj.com/article/PR-CO-20130422-904254.html linkindən, yaxud news.google.com saytında “azerbaijan wsj” yazmaqla oxuya bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

