Müasir İncəsənət Mərkəzində rusiyalı gənc rəssamların sərgisinin açılışı olub
11.05.2013 [10:26]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib
Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak edib.
Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə edib.
Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar incəsənət xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir. Bundan başqa, sərgidə Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin Əməkdar rəssamı Aleksandr Pokrovskinin də rəsm əsərləri var.
Layihə iştirakçıları mayın 2-dən Bakıdadırlar. Sərgidəki əsərlərin hamısı yalnız 5-6 gün ərzində ərsəyə gəlib. Burada gənc rəssamların 64 əl işi var. Sərgi iki həftə davam edəcək. Əsərlərdə əsasən Bakı Bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunub. Rəsm əsərləri yağlı boya ilə kətan və karton üzərinə işlənib. Əsərlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.
Rusiyanın Əməkdar rəssamı Aleksandr Pokrovski deyib:
- Bakıya ilk səfərimdir. Tam səmimi deyirəm ki, şəhərə vuruldum. Şəhərinizin xüsusi ab-havası və zəngin mədəniyyəti vardır. İnsanların qonaqpərvərliyi bizi çox valeh etdi. Sizin xalqınız sülhsevər və xeyirxahdır. Bizim gənc rəssamları şəhərin bu xüsusi ab-havası cəlb etdi. Bakı sürətlə inkişaf edir. Şəhərin qədim hissəsi ilə müasir tikililər maraqlı ansambl yaradır.
Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova bildirib:
- Biz artıq 2 gündür ki, Bakıdayıq. Sanki 2 həftəyə bərabər 2 maraqlı və dolğun gün keçirmişik. Şəhəri gəzmişik, insanlarla səmimi görüşlər keçirmişik. Sizin səmimi qonaqpərvərliyiniz insanların üzündən görünür. Bakı düşündüyümdən də çox gözəldir. Burada həm müasirlik, həm də milli adətlərə bağlılıq vardır. Bu isə insanda xoş hisslər yaradır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqınızın ehtiramı hörmətə layiqdir. Sərginin çox maraqlı olacağına inanırıq.
Gənc rəssam Pyotr Lubayev deyib:
- Qonaqpərvərliyiniz bizi valeh etdi. Şəhər sakinləri bizə yol göstərir, maraqlı yerlər haqqında məlumat verir, çaya və yeməyə dəvət edirlər. Bütün bunlar bizdə çox xoş hisslər oyadır. Bakı zəngin mədəniyyətə və maraqlı tarixə malik şəhərdir. Bu isə biz gənc rəssamları daha da ruhlandırır. Mən burada olduğum müddətdə İçərişəhərlə bağlı rəsm əsəri yaratmışam. İçərişəhərin qeyri-adiliyi məni özünə cəlb etdi.
Uzunmüddətli təhsil innovasiya proqramı olan Səyyar İncəsənət Akademiyası Beynəlxalq Proqramlar Direktorluğunun layihəsidir. Layihə gənclərin mədəniyyət və incəsənət sahəsinə marağını artırmaq, şəxsiyyətin yaradıcı imkanlarını üzə çıxarmaq üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Ekspozisiya ilə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin işinə uğurlar diləyib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

