Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

18.02.2025 [10:18]

Fevralın 18-də Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Belarus Milli Assambleyası Respublika Şurasının nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bundan əlavə, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31