Əli Həsənov: Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır
10.10.2013 [18:03]
Böyük Britaniyanın nüfuzlu “The Busines Year” jurnalı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan prezident seçkiləri ərəfəsində müsahibə alıb.
AzərTAc müsahibənin xülasəsini təqdim edir.
Ölkədə seçkilərə hazırlığın gedişi ilə bağlı fikirlərini bölüşən Əli Həsənov deyib ki, seçicilər üçün ən vacib məsələ prezident seçkiləri prosesinin demokratik təşkilidir. Seçki kampaniyasına təsir göstərən iqtisadi siyasət, xarici məsələlər və ictimai inkişaf kimi bir çox amillər mövcuddur. Amma bütün bu amillərin mərkəzində seçicilərin hazırkı vəziyyəti saxlamaq və bu istiqamətdə irəliləmək və ya dəyişikliyi seçmək hüququ dayanır. Əgər onlar bu xətlə irəliləmək istəyirlərsə Prezident İlham Əliyevə səs verəcəklər. Əgər dəyişikliyi seçərlərsə onlara 9 alternativ təqdim olunur. Bununla belə, müstəqil tədqiqatlar göstərir ki, seçicilərin 80 faizi Prezident İlham Əliyevin hakimiyyətdə qalmalı olduğunu düşünür. Bu, Prezidentin Azərbaycanı beynəlxalq səviyyəyə qaldırmasının, xalq üçün dinamik və bərabər inkişafla nəticələnən ictimai-iqtisadi siyasətin və qlobal məsələlərdə ölkənin rolunun artmasının nəticəsidir.
“Azərbaycanda seçki prosesinin şəffaflığının artırılması üçün hansı addımlar atılır” sualının cavabında Prezident Administrasiyasının rəsmisi deyib ki, bu il ölkədəki hər 5 seçki məntəqəsindən birində, təxminən 5000 məntəqənin minində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar həm səsvermə, həm səslərin hesablanması, həm də son nəticələrin təsdiq olunması prosesini qeydə almağa imkan verəcək. Dünyanın istənilən yerindən hər kəs seçki prosesini izləyə biləcəkdir. Bundan əlavə, seçki prosesini izləmək üçün dünyanın müxtəlif ölkələrindən və beynəlxalq qurumlardan çoxsaylı müşahidəçi qeydiyyatdan keçib. Seçicilər hər seçki məntəqəsində 30-40 yerli və xarici müşahidəçinin gözləri qarşısında səs verəcəklər. Seçki qutuları da şəffafdır. Yəni, kənardan seçki bülletenlərini görmək mümkündür. Biz, həmçinin yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələrini seçki prosesini yaxından müşahidə etməyə və nəticələri vaxtında dünyaya çatdırmağa dəvət etmişik. Şəffaflığı təmin etmək üçün əlimizdən gələni etmişik.
Əli Həsənov “ötən seçkilərdən bəri demoqrafik və iqtisadi dəyişikliklər seçicilərin dinamikasına necə təsir göstərib” sualının cavabında deyib: “Ötən seçkilərdən bəri Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni və ictimai cəhətdən də əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bundan başqa, Azərbaycanın inkişafı coğrafi cəhətdən bütün ölkəni əhatə etmişdir. Yəni, iqtisadi inkişaf nəticəsində regionlarda da həyat şəraiti xeyli yaxşılaşmışdır”.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayan Əli Həsənov deyib ki, seçicilər seçkilərlə bağlı hər bir məsələni internetdən, televiziyalardan, smartfonlardan izləyə bilirlər. Bu, Azərbaycanda səsvermənin və seçki prosesinin təkmilləşdirilməsi deməkdir.
“Siyasi sabitlik Azərbaycanın uğurlu iqtisadi inkişaf modelində necə rol oynamışdır” sualının cavabında Prezident Administrasiyasının şöbə müdiri deyib: “Siyasi sabitlik olmayan yerdə biz sərmayələrdən danışa bilmərik. Yerli və beynəlxalq sərmayədarlar bu məsələni dərindən araşdırır, çünki sərmayə yatırılmasındakı əsas risklərdən biri kimi sərmayədarlar ilk olaraq bu sahəyə nəzər salırlar. Son 10 il ərzində Azərbaycanda möhkəm siyasi sabitlik bərqərar olmuşdur. Bundan əlavə, biznes mühiti də liberallaşdırılmışdır. Bu, Azərbaycana iqtisadi və maliyyə cəhətdən inkişaf etməyə, həmçinin müxtəlif sektorlara beynəlxalq sərmayədarları cəlb etməyə imkan yaratmışdır. Xarici sərmayələr də daxil olmaqla son 10 il ərzində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində vəsait yatırılmışdır. Son beş ildə təxminən 20-25 milyard dollar sərmayə yatırılmasına nail olunmuşdur. Bu sərmayələrin çoxu ABŞ, Avropa və digər ölkələrin sərmayədarları tərəfindən yatırılmışdır. Bunun əsas səbəblərindən biri ölkəmizdəki siyasi sabitliyin getdikcə daha da güclənməsidir. Azərbaycanın inkişafının mərkəzində məhz siyasi sabitlik dayanır”.
Müəllifin müstəqil rəy sorğularına əsasən seçicilərin 80 faizindən çoxunun Prezident İlham Əliyevi dəstəkləməsinin nə ilə əlaqədar olduğunu və dövlətimizin başçısının son prezidentlik dövründə əsas nailiyyətlərinin hansılar olduğu barədə sualına Əli Həsənov belə cavab verib: “Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 10 ildə xalqın ehtiyac və tələblərinə yüksək diqqət göstərmişdir. O, inkişaf üçün dövlətin nəyə ehtiyacı olduğunu müəyyənləşdirmiş və inkişaf proqramı hazırlamışdır. Bu müddət ərzində ümumi daxili məhsul, 3,5 dəfə artmışdır. İlham Əliyev hakimiyyətə gələndə ümumi daxili məhsul 1,5-2,5 milyard dollar idisə indi bu rəqəm 25-30 milyard dollardır. Bundan əlavə, Prezident İlham Əliyev dünya liderləri ilə olduqca yaxşı diplomatik münasibətlər qurmuşdur. Digər əhəmiyyətli məsələ odur ki, Prezident ictimai və mədəni inkişafı əhatə edən sosial islahatları bir araya gətirmiş, təhsil və səhiyyə sistemini təkmilləşdirmiş, güclü pensiya sistemi yaratmış və sosial müdafiənin digər sahələrini möhkəmləndirmişdir. Azərbaycan regionda və beynəlxalq aləmdə lider ölkəyə çevrilmişdir. Xalqın ona dəstəkləməsinin səbəbi məhz budur”.
Jurnalın “Prezident İlham Əliyevin hazırkı platformasını necə dəyərləndirirsiniz və yeni dövrdə onun planları nələrdir” sualını cavablandıran Əli Həsənov bildirib: “Bizim şüarımız “Davam”dır. Yəni, Azərbaycanı sosial və iqtisadi inkişaf yoluna çıxaran hakimiyyətin və siyasətin davam etdirilməsidir. Biz artıq Azərbaycan üçün strateji plan hazırlamışıq. 2020-ci il üçün bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Hazırda Azərbaycan inkişaf edən və orta gəlirli ölkədir. Adambaşına ümumi daxili məhsul 6-7 min dollardır və məqsədimiz növbəti 7 il ərzində bu rəqəmi 10-12 min dollara yüksəltməkdir. Hazırda bu məqsəd uğrunda çalışırıq və buna görə də “Davam” siyasəti ölkədə bu qədər seçicinin səsini qazanmışdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

