Azərbaycanda həqiqi humanist siyasət həyata keçirilir
18.10.2013 [09:17]
Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı Qurban bayramı günlərində yüzlərlə ailəyə sevinc gətirdi
Məlum olduğu kimi, Prezident İlham Əliyevin oktyabrın 14-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamla 134 nəfər məhkum cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər və cərimə cəzasına məhkum edilmiş 16 nəfər cəzadan azad edilib. Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq bu Sərəncamı imzalayıb.
Ümumiyyətlə, Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Əslində, bu, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davamı kimi səciyyələndirilə bilər. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.
Əfv sərəncamlarının, adətən müxtəlif bayramlar öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Bu səbəbdən də, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat artması şübhəsizdir.
Ümumiyyətlə, cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Bildiyimiz kimi, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə həyatda layiqli yer tapmasına da şərait yaradır. Əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur. Digər tərəfdən, bu cür sərəncamlar başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
Digər tərəfdən, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab oluna bilər. Qeyd etdiyimiz kimi, əfv olunan vətəndaşlar dövlətin onlara olan etibarını hiss edir, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır.
Təsadüfi deyil ki, dövlət başçısının sözügedən Sərəncamı ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Urud bu qərarı Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda əsasını qoyduğu humanist siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı kimi səciyyələndirib: “Bildiyimiz kimi, cənab Prezident özünün əfv qərarı vermək səlahiyyətindən dəfələrlə istifadə edib. Bu da Azərbaycanda milli həmrəyliyə, vətəndaşın öz dövlətinə inamının artmasına xidmət edən bir addımdır. Şübhəsiz ki, cənab Prezidentin Qurban bayramı ərəfəsində imzaladığı əfv Sərəncamı təkcə onun şamil edildiyi 152 nəfər məhbusa deyil, həm də onların ailə üzvlərinə, yaxınlarına sevinc gətirdi. Əfv sərəncamları həm də vətəndaşların məsuliyyətini artıran addımdır. Cənab Prezident cəzaçəkmə müəssisələrindəki insanların yenidən azad, fəal həyata qaytarılmasını təmin etməklə onların üzərinə düşən məsuliyyəti artırır. Bu məsuliyyət yenidən cinayət törətməmək, Azərbaycanın layiqli vətəndaşı kimi yaşamaq, ictimai faydalı işlərlə məşğul olmaq, vətənə, dövlətə layiq vətəndaş olmaq deməkdir. Bu əfv Sərəncamı, eyni zamanda, əfv olunanların yaxınlarının dövlət başçısına minnətdarlığının əməli fəaliyyətdə əksini tapmasını tələb edir. Bu humanist ənənə həm də cinayətin profilaktikasına, xüsusən də gənc nəslin vətəndaşlıq ruhunda böyüməsinə xidmət edir”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı ölkə rəhbərinin bu humanist addımını alqışladığını deyib: “Bildiyimiz kimi, dövlət başçısı hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, əsasən, bayramlar ərəfəsində baş verir. Bu dəfə də Qurban bayramı ərəfəsində növbəti əfv Sərəncamı imzalandı. Təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirilməsinə dair çoxsaylı göstəricilərdən biridir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

