/ / Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin texniki-iqtisadi əsaslandırmasının tamamlanacağı vaxt açıqlanıb
Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin texniki-iqtisadi əsaslandırmasının tamamlanacağı vaxt açıqlanıb
02.12.2025 [21:22]
Biz Cənub Qaz Dəhlizini ilk gündən dəstəkləyən ölkələrdən biriyik. Bu, Azərbaycan qazını birbaşa Qərbi Avropaya, o cümlədən İtaliyaya çatdıran bir marşrutdur. Təbii ki, bundan başqa, biz digər layihələrlə bağlı da işləyirik. Ona görə də fakt fakt olaraq qalır - Azərbaycan qazı artıq Avropa bazarına daxil olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare söyləyib.
O bildirib ki, eyni zamanda, Rumıniya ilə Azərbaycan gələcək layihələrin təşəbbüskarlarıdır və yaşıl enerji ilə bağlı yeni layihələri inkişaf etdirirlər.
“2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında ən yüksək səviyyədə razılaşma imzalanıb. Bu, bərpaolunan enerji mənbələrinin, xüsusilə Xəzər dənizindəki böyük potensiala malik külək enerjisinin Avropa bazarına çatdırılması ilə bağlıdır. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması gözlənilir. Bu prosesin başa çatdırılması əvvəlcə bu ilin sonunadək nəzərdə tutulmuşdu, lakin proses növbəti ilin yazına qədər uzadılıb. Texniki-iqtisadi əsaslandırma layihənin inkişaf etdirilməsinə imkan verəcək nəticələr təqdim edəcək. Layihə maliyyətutumlu olsa da, gələcəyin layihəsi kimi qiymətləndirilir. Düzdür, hazırda əsas enerji kimi qaz istifadə olunur, lakin yaxın gələcəkdə bu layihə enerji təchizatı sahəsində strateji əhəmiyyət kəsb edəcək. Bu, gələcək enerji tendensiyalarına uyğundur”, - deyə V.Saore qeyd edib.
Səfir diqqətə çatdırıb ki, Rumıniya və Azərbaycan enerji resurslarını səmərəli istifadə edərək xarici bazarlara çatdırmağa hər zaman hazırdır.
“Yəni, bizdə qaz da var, bu qazı istehlak edən bazar da. Gələcəkdə enerji istehlak edəcək digər bazarlar da olacaq. Biz - həm Rumıniya, həm də Azərbaycan bu enerjini təmin etməyə hazırıq. Əsas odur ki, bizdə düzgün yanaşma və idarəetmə olsun, bu resurslardan səmərəli istifadə edək və onlar ehtiyacı olan ölkələrin bazarına çatdırılsın”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

