Mətbuat Şurası Prezidentə təşəkkürünü bildirib
30.11.2013 [11:12]
Mətbuat Şurasında qəzetlərin yayım məsələləri ilə bağlı komissiya yaradılıb
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı təqdim olunub. Bu məqsədlə keçirilən mərasim eyni zamanda kütləvi informasiya vasitələri rəhbərlərinin dövlət başçısı ilə görüşü kimi də yadda qalıb. Görüşdə Azərbaycan mediası ilə bağlı bir sıra önəmli təkliflər səslənib və bunlar Prezident tərəfindən müsbət qiymətləndirilib. Mətbuat Şurası istər toplantıda səslənən, eləcə də media mühitindəki nəzərə çarpacaq məsələlərə dair təkliflərini qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim etməlidir və Şuranın İdarə Heyətinin iclası da məhz bu məqsədlə keçirilir.
Ə.Amaşov ilk növbədə media rəhbərlərinin təkliflərinə həssas yanaşdığı, jurnalistika ilə bağlı dəyərli fikirlərini paylaşdığı üçün ölkə Prezidenti cənab İlham Əliyevə Mətbuat Şurasının təşəkkür məktubunun ünvanlanmasını təklif edib. Təklif yekdilliklə bəyənilib.
MŞ İdarə Heyətinin üzvləri öncə qəzet yayımı ilə bağlı məsələyə münasibət bildiriblər. Bununla əlaqədar MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılığı ilə ayrıca komissiyanın yaradılması qərara alınıb. Komissiyanın tərkibinə MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev daxil edilib. Qrup yayım firmaları ilə müzakirələr təşkil edəcək, mövcud istiqamətdəki vəziyyətin monitorinqini aparacaq, araşdırmaların yekunu Mətbuat Şurasında bir daha müzakirəyə çıxarılacaq. Eyni zamanda qəzet köşklərinin sayı və deslokasiyası ilə bağlı məsələlər də diqqətdə saxlanılacaq.
İclasda bildirilib ki, yayım işini həyata keçirən “Qasid” firmasının qəzetlərə borcu var və vəsaitin ödənməmiş qalması çap mediasının işinə mənfi təsir göstərən amillərdəndir. “Qasid” dövlət müəssisəsi olduğundan onun üzləşdiyi durumun aradan qaldırılmasında dövlət mühüm rol oynaya bilər.
Metro stansiyalarında qəzet satışı ilə əlaqədar vəziyyətə gəldikdə isə bildirilib ki, stansiyalarda digər mallar kimi, qəzet də alıcılara təqdim edilməlidir. Bu iş bir müddət öncəyədək tənzimlənirdi və eyni qayda ilə davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, metrodakı satış çap mediasının maddi sıxıntısının aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
İclasda narahatlıqla vurğulanan daha bir məqam Bakı şəhərindəki yeni köşklərdə qəzet satışı ilə əlaqədar vəziyyət olub. Bildirilib ki, ölkə başçısının müvafiq mesajlarından sonra mövcud istiqamətdə irəliləyişlər əldə olunub. Yəni köşklərdə qəzet satışının həcmi artırılıb. Amma bir sıra problemlərin qaldığı da dilə gətirilib. Bu baxımdan qəzet satışından gələn gəlirdən tutulan faiz dərəcəsinin 40 olmasının KİV-ləri qane etmədiyi vurğulanıb. Bu rəqəmin 25-30 faizə endirilməsi daha məqbul sayılıb.
İclasda jurnalistika fakultələrinə qəbul zamanı qabiliyyət imtahanın tətbiq olunması mexanizmi, KİV-lərə reklam və elanların verilməsinin beynəlxalq miqyasdakı təcrübəsinin tətbiqi ilə bağlı da müzakirələr gedib. Həmçinin Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərinin maliyyələşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin beş cildliyinin buraxılması ətrafında da fikir mübadiləsi aparılıb. Təkliflərin qruplaşdırılaraq yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunması qərara alınıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41

