Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

13.10.2026 [11:43]

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının Qurultayında söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 13-də keçirilən plenar iclasında səsləndirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da mühüm əhəmiyyətə malikdir.

“Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilərlə daimi əlaqə saxlanılmasını tələb edir. Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik”, - deyə S.Qafarova diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31