“Vətəndaş cəmiyyətinə dəstək” pərdəsi arxasındakı xaos və anarxiya ssenariləri
15.04.2014 [09:19]
Azərbaycana yönəlik bu cür planlarda bəzi QHT-lər, ictimai sektor təmsilçiləri və ölkəmizdəki “beşinci kolon” xüsusi fəallıq göstərir
Mühüm geostrateji məntəqədə yerləşən, əlverişli strateji resurslara malik olan Ukraynada cərəyan edən proseslər bir sıra məqamları yenidən gündəmə gətirdi. Həmin məqamlar sırasında bu ölkənin necə və hansı ssenarilər əsasında addım-addım xaos və anarxiyaya sürükənməsi məsələsi diqqəti çəkir. Görünən odur ki, bir müddət öncə avrointeqrasiya kursunu seçməklə regional güc mərkəzi olan və bu ölkəyə kifayət qədər təsir imkanlarını özündə cəmləşdirən Rusiyadan uzaqlaşan Ukrayna müəyyən zaman kəsimindən sonra Qərbin xaos planlarının nəticəsində Rusiya ilə bu güc mərkəzi arasında qaldı. Başqa sözlə, Ukraynanın bu cür kəskin daxili və xarici situasiya ilə üzləşməsi Qərbin bir sıra postsovet ölkələrində olduğu kimi, bu ölkədə də “idarə olunan xaos” oyunlarının nəticəsi idi. Ukraynanı siyasi laboratoriyaya çevirən Qərb vətəndaş cəmiyyəti institutları vasitəsilə təhlükəli tendensiyanın əsasını qoydu və nəticə Ukraynanın parçalanması oldu.
Qeyd etdiyimiz kimi, Ukraynadakı etiraz aksiyaları və xaotik vəziyyət Qərbin aparıcı institutlarının birbaşa dəstəyi ilə bu ölkə daxilindəki QHT-lərin “əməyi” sayəsində yarandı. Diqqətə çatdırmaq gərəkdir ki, Ukraynada beynəlxalq statusu olan 400-dək fond, humanitar sferada çalışan 350-dən çox beynəlxalq təşkilat, xarici QHT-lərin 180 yerli bölməsi fəaliyyət göstərir. Eynulla Fətullayev “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...” adlı məqaləsində qeyd edir ki, Amerikalı ekspert Pol Kreyq Roberts Qərbi Ukraynadakı etiraz aksiyalarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, həmçinin Vaşinqton və Avropa İttifaqının maliyyələşdirdiyi QHT-lər tərəfindən təşkil edildiyini yazıb. Həmin QHT-lər MKİ və Dövlət Departamenti ilə əlbir işləyirlər.
Mənbə bu işlərin həyata keçirilməsində Milli Demokratiya İnstitutu (MDİ), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), habelə ABŞ səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), “Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD kimi təşkilatların xidmətlərini xüsusi olaraq qeyd edir.
Müəllif yazısında bir sıra vətəndaş cəmiyyəti institutları, QHT-lər və ictimai sektor təmsilçilərinin Azərbaycanda da xaos və anarxiya yaratmaq niyyətində olduqlarını, bəhs olunan təşkilatların bir qisminin bunun üçün xüsusi fəallıq göstərdiyini qeyd edir. Vurğulanır ki, 2002-ci ildən 2014-cü ilə qədər 3 beynəlxalq fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Şübhəsiz, bu rəqəm olduqca fantastikdir və ölkəmizə yönəlik qaranlıq geosiyasi planları ifadə edən göstəricidir. Məqalədə konkret rəqəmlərə istinad edilərək Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlunun (bu şəxs və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar), iqtisadçı-ekspertlər Azər Mehtiyev və “cəbhəçi” Rövşən Ağayevin (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənovun (17 min manat), müxalifətçi Əvəz Həsənovun (17 min 430 manat), hüquqşünas İntiqam Əliyevin (83 min 795 manat) və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının (65 min 382 manat) Açıq Cəmiyyət İnstututunun ölkəmizdə başlıca olaraq maliyyələşdirdiyi şəxslər olduğu bildirilir.
Əlbəttə, Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün nəinki ölkəmizə qarşı qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edirlər. Bu sırada, qeyd etdiyimiz kimi, daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
Azərbaycanda xaos və anarxiya yaratmaq məqsədilə illeqal fəaliyyət göstərmiş Milli Demokratiya İnstitutu, Oxfam, Açıq Cəmiyyət İnstitutu kimi təşkilatlar bəzi QHT-lərin və “gənclər təşkilatları” kimi çıxış edən anti-milli ünsürlərin, hətta bəzi media qurumlarının xidmətlərindən istifadə edirlər. E.Fətullayev məqaləsində qeyd edir ki, Avropa Demokratiyaya Yardım Fondu Azərbaycan cəmiyyətində sinfi düşmənçiliyi və sosial seqreqasiyanı təbliğ edən, hakimiyyət uğrunda qeyri-konstituson yollarla mübarizəyə - legitim hökuməti devirməyə çağırışlar səsləndirən ekstremist “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib. Daha sonra bildirilir ki, bu təşkilat radikal müxalifət lideri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin.
Beləliklə aydın olur ki, vətəndaş cəmiyyətinə dəstək adı altında fəaliyyət göstərən bu institutların timsalında gerçək məqsəd xaos yaratmaq cəhdləridir və bu kontekstdə “demokratiya”, “insan haqları” kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunmaqdadır. Nümunələrdən görünür ki, xüsusilə də antimilli dairələr bu prosesdə canfəşanlıqla iştirak edir, külli miqdarda maliyyə vəsaiti mənimsəyirlər.
Nəticə etibarilə görünən odur ki, bəzi güc mərkəzləri tərəfindən “vətəndaş cəmiyyətinə dəstək” adı altında xaos və anarxiya yaratmaq cəhdləri edilir və ayrı-ayrı ölkələr siyasi qarşıdurma meydanına çevrilir. Qeyd etdiyimiz kimi, Azərbaycana yönəlik bu cür planlarda bəzi QHT-lər və ölkəmizdəki “beşinci kolon” xüsusi fəallıq göstərir. Amma əminliklə söyləmək olar ki, bu cür cəhdlər və hallar Azərbaycanda təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyə zərrə qədər təsir etməyəcək. Çünki həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

