/ / Əli Həsənov: “Freedom House”un hesabatından görünür ki, bu təşkilatda Azərbaycan haqqında qərəzli stereotiplər formalaşıb
Əli Həsənov: “Freedom House”un hesabatından görünür ki, bu təşkilatda Azərbaycan haqqında qərəzli stereotiplər formalaşıb
03.05.2014 [10:15]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatına münasibət bildirib. AzərTAc Əli Həsənovun şərhini təqdim edir:
- “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycan ilə bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşmışdır.
Bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi, o cümlədən televiziya, radio, qəzet, jurnal, internet informasiya resursları, böyük jurnalist ordusu fəaliyyət göstərir. Həm ölkə qanunvericiliyi, həm də mövcud şərait medianın heç bir maneçilik olmadan sərbəst fəaliyyətinə tam təminat verir. Azərbaycanda söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, medianın inkişafına maneçilik törədən problemlərin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Geniş əlverişli fəaliyyət mühiti nəzərə alınmadan, hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan nəticələr əsasında real vəziyyətin təhrif edilməsi heç bir təşkilata, o cümlədən “Freedom House”a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, “Freedom House”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir.
O ki qaldı, internetin vəziyyəti ilə bağlı iddialara, deyə bilərik ki, bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Ölkəmizdə yüzlərlə internet saytı, portalı və s. fəaliyyət göstərir. Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəçilərinin sayı isə iki milyona yaxınlaşmışdır. Təkcə Facebook sosial şəbəkəsində Azərbaycandan 1,2 milyon nəfər istifadəçi var və sürətli illik artım dinamikası müşahidə olunur. Bu faktlar Azərbaycanda internetin tam azad olduğunu və bu sahədə hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir. “Freedom House”un guya Azərbaycanda jurnalistlərin internet yazışmaları və telefon danışıqlarını nəzarətdə saxlanması, KİV-lərin yayımına peykdən müdaxilə və s. bu kimi mülahizələrinə gəlincə, deyə bilərik ki, göstərilən məsələlərə dair bütün dünyaya məlum olan digər zəngin “təcrübələr” vardır. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən bir ölkə kimi bəzi böyük dövlətlərin bu kimi “təcrübələr”indən deyil, insan haqlarına, media azadlığına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir. Buna görə də “Freedom House” “qaranlıq otaqda qara pişik axtarmaq” əvəzinə bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də öz nüfuzuna daha müsbət çalarlar gətirə bilər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32

