Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Bakıda beynəlxalq tədbir keçiriləndə, bir erməni lobbisi, bir də Əli Kərimli və Leyla Yunus kimiləri narahat olurlar”

“Bakıda beynəlxalq tədbir keçiriləndə, bir erməni lobbisi, bir də Əli Kərimli və Leyla Yunus kimiləri narahat olurlar”

03.07.2014 [10:16]

“Əli Kərimli üçün ATƏT PA-nın keçirdiyi nüfuzlu tədbir palatka toyu deyil, bu cür tədbirlərin keçirildiyi binada görüşlər üçün öncədən rəsmi qeydiyyatdan keçməli idi”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı səslənən ittihamları şərh edərkən deyib. S.Novruzov bildirib ki, bütün dünyada beynəlxalq tədbirlər keçiriləndə, orada görüşlər keçirmək istəyən şəxs qabaqcadan qeydiyyatdan keçməlidir: “Bütün nüfuzlu beynəlxalq tədbirlərdə rəsmi dəvət olunan şəxslərdən başqa digər şəxslərin binanın 50 metrlik məsafəsinə yaxınlaşmasına icazə verilmir. Əli Kərimli ya bunu bilmir, ya da bilərəkdən dezinformasiya yaymaqla məşğul olur”.
S.Novruzov hesab edir ki, Əli Kərimli ittihamları ilə öz-özünü təkzib edir: “Əgər buna avropalı deputatlarla görüşə qadağa qoyulubsa, sonra kafedə keçirdiyi görüşə niyə maneçilik törədilmədi? ATƏT PA-nın sessiyasında 600 nəfərdən artıq nümayəndə iştirak edir, orada hər kəs özünün siyasi baxışına, dostluğuna görə görüş təşkil etsə, tədbir keçirmək olmaz”.
S.Novruzov AXCP sədrinin ittihamlarını yalan, böhtan adlandırıb və hesab edir ki, Əli Kərimlinin məqsədi təxribat törədib beynəlxalq tədbirlərin işini pozmaqdır: “Çünki Əli Kərimli kimiləri görür ki, artıq Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, güclü təşkilatçılıq mövcuddur, başlayır narahat olmağa. Bunu görəndə bir erməni lobbisi narahat olur, bir də Əli Kərimli, Leyla Yunus kimiləri. Bu, onu göstərir ki onlar eyni mənbədən bəhrələnirlər”.

Paylaş:
Baxılıb: 950 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30