Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da güclənir
03.09.2014 [10:05]
Rəsmi Ankara hər zamankı kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına dəstək ifadə edən qətiyyətli mövqe sərgiləyir
Bildiyimiz kimi, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Bu iki ölkəni ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə söykənən mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq, hər bir sahədə formalaşan Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Beynəlxalq aləmdə bir çox məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycan-Türkiyə siyasi əlaqələri yüksək səviyyədədir. Bunun bariz göstəricisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankaranın və Türkiyə vətəndaşlarının ölkəmizə dəstəyi, Azərbaycan rəhbərliyi və xalqının iradəsi ilə həmrəylik nümayiş etdirməsidir.
Bildiyimiz kimi, Azərbaycan ərazilərinin işğalına etiraz olaraq ölkəmizlə yanaşı, Türkiyə də Ermənistanı iqtisadi təcrid şəraitində saxlayır. İşğalçı Ermənistan və onun havadarlarının sərhədlərin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərmək cəhdlərinə baxmayaraq, rəsmi Ankara sülhün və ədalətin bərqərar olması yolunda qətiyyətli mövqeyini hər zaman nümayiş etdirir.
Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə siyasi, iqtisadi əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. Öz növbəsində, Azərbaycan da qardaş ölkəyə dəstəyini əsirgəmir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma “soyqırımı” təbliğatına qarşı mübarizəyə dəstək verir. Müxtəlif ölkələrdəki Azərbaycan və Türkiyə diaspor təşkilatları erməni yalanlarına və təbliğatına qarşı birgə mübarizə aparırlar.
Bu günlərdə Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkə parlamentində çıxışı zamanı Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasının Türkiyə hökuməti üçün strateji məsələ olduğunu bildirib. Əhməd Davudoğlu qeyd edib ki, məhz Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra Türkiyə Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.
Bu fikirlər onu təsdiq edir ki, Türkiyədə keçirilən sonuncu prezident seçkisindən sonra formalaşdırılan yeni hökumət iki ölkənin dostluq ənənələrinə və regionda sülh və sabitliyin təmin olunması siyasətinə sadiqliyini qoruyub saxlayır.
Qeyd etmək lazımdır ki, sırf siyasi əlaqələrlə məhdudlaşmayan Azərbaycan-Türkiyə əməkdaşlığı iqtisadi sahədə də dərindir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 2 milyard dollara yaxın olub. Müxtəlif sahələri əhatə edən Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin inkişafına, eləcə də, bu iki dövlətin əhalisinin rifahına müsbət təsir göstərir. İki ölkənin iqtisadi əlaqələrində enerji sahəsi böyük çəkiyə malikdir. Azərbaycanla Türkiyə arasında bu vaxtadək çox uğurlu enerji tərəfdaşlığı qurulub. Regionun ən nəhəng və qlobal əhəmiyyətli enerji layihələri Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft və qaz boru xətlərinin tikintisində də iki ölkənin birgə fəaliyyətinin xüsusi rolu var. Məlum olduğu kimi, Azərbaycan çox geniş təbii qaz ehtiyatlarına sahibdir. Türkiyə tərəfi Azərbaycanın “Şahdəniz-2” qaz yatağının işlənməsində və bu ölkə ərazisi ilə Avropaya ixrac olunan “mavi yanacağ”ın həcminin artırılmasında maraqlıdır. Azərbaycan da təbii qazın Avropaya çıxarılmasında Türkiyə marşrutunu ən optimal yollardan biri hesab edir. Bunun nəticəsi olaraq, 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Trans-Anadolu qaz kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Trans-Anadolu qaz kəmərinin həyata keçirilməsi ilə bağlı imzalanan müqavilə Azərbaycan ilə Türkiyənin iqtisadi sahədə, xüsusən də enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından tarixi razılaşmadır. Enerji siyasətinin həyata keçirilməsi üzrə bir çox məsələlərdə ortaq mövqedən çıxış edən Azərbaycanla Türkiyənin əməkdaşlığı, şübhəsiz, TANAP-ın reallaşması istiqamətində müqavilənin imzalanması ilə yeni mərhələyə daxil olub. TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Beynəlxalq əhəmiyyətli və bir neçə dövlətin iştirak etdiyi belə nəhəng enerji layihələrinin həyata keçirilməsi, ilk növbədə, regional əməkdaşlığı gücləndirir. Bu baxımdan, Trans-Anadolu qaz kəmərinin, eləcə də onun davamı olaraq Trans-Adriatik qaz kəmərinin (TAP) həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında bu vaxtadək enerji sahəsində qurulan uğurlu əməkdaşlığın davamı olacaq.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında da uğurla həyata keçirilir. BTC və BTƏ layihələrinin reallaşması həm də üçtərəfli formatın uğurudur. Bundan əlavə, inşası tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) dünyanın ən nəhəng nəqliyyat marşrutlarından biri olacaq. Faktiki olaraq, tarixi “İpək yolu”nun bərpasını təmin edəcək bu layihə Avropa və Asiya regionunun iqtisadi mənzərəsinin dəyişməsinə gətirib çıxaracaq.
Siyasi, iqtisadi sferalarla yanaşı Azərbaycan və Türkiyə elm, təhsil, mədəniyyət, idman sahələrində də sıx əlaqələrə malikdir. Hər il Azərbaycandan Türkiyəyə və qardaş ölkədən respublikamıza çoxlu sayda tələbə təhsil almağa yollanır, iki ölkənin ali təhsil ocaqları arasında tələbə mübadilələri həyata keçirilir. İki ölkənin elm, mədəniyyət, idman qurumları arasında da möhkəm əlaqələr yaradılıb.
Beləliklə, Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasındakı sıx əlaqələr iki ölkənin inkişafına, maraqlarının beynəlxalq miqyasda qorunmasına töhfə verir, bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə əməkdaşlığı nümunəvi xarakter daşıyır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

