Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirilib
10.09.2014 [09:53]
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. Əvvəlcə görüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Azərbaycanda dini dəyərlərə dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayon ərazisində 3 məscid, 1 pravoslav kilsəsi, həmçinin, xristian dininə məxsus Kirxa və yəhudi sinaqoqu fəaliyyət göstərir. Nəsimi RİH-in nəzdində yaradılmış Dini Komissiya həmin dini icmaların nümayəndələri ilə mütəmadi olaraq əlaqə saxlayır və yaranan hər hansı problemi, onlar tərəfindən irəli sürülən təklifləri operativ şəkildə həll etməyə çalışır. Natiq daha sonra dini bayramlarda - istər Ramazan, istərsə də Qurban bayramında bütün vətəndaşlar kimi, xristian dininin təmsilçilərinə də yardımlar edildiyini bildirib. Prezident İlham Əliyevin respublikamızın bütün bölgələrində məscidlərin bərpasına böyük diqqət yetirdiyini deyən Nəsib Məhəməliyev, həmçinin, qeyd edib ki, məhz bu diqqət və qayğının nəticəsi olaraq son illərdə ölkəmizdə onlarla yeni məscid binası tikilərək istifadəyə verilib. O, ölkə vətəndaşlarının dövlət başçısının din sahəsinə göstərdiyi bu diqqət və qayğını dəstəklədiyini vurğulayıb.
Nəsib Məhəməliyev DQİDK-nın yeni təyin olunmuş sədri Mübariz Qurbanlının vəzifəsinin icrasına başlamasından sonra bölgələrə səfər edərək dini icmaların nümayəndələri ilə görüşlər keçirməsinin təqdirəlayiq olduğunu, bu görüşlərin əhalinin maarifləndirilməsi işində müstəsna rol oynadığını vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov paytaxtın 12 rayonundan biri kimi, Nəsimi rayonunda da tolerantlıq dəyərlərinin yüksək şəkildə qorunduğunu bildirib. Onun sözlərinə görə, rayon ərazisində məscidlərin, sinaqoqların və kilsələrin yerləşməsi fərqli dini baxışlara malik insanların qarşılıqlı hörmət əsasında öz ibadətlərini yerinə yetirməsi dünyada rast gəlinən nadir nümunələrdən biri kimi dəyərləndirilməlidir.
O da bildirilib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərinin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibət tamamilə dəyişib. Ölkədə milli mənəvi dəyərlərə, dinə hər zaman hörmətlə və qayğı ilə yanaşılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mübariz Qurbanlı bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələr bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir. Komitə sədri xatırladıb ki, Sovet dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün Azərbaycanda 2050 məscid mövcuddur. Hazırda isə Bakıda dünyanın ən möhtəşəm və ən böyük məscidlərindən biri tikilir.
Qeyri-ənənəvi, radikal dini cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından danışan komitə sədri bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatları Ziyad Səmədzadə və Asim Mollazadə, QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Bəhruz Əzizov, eləcə də, digər natiqlər isə çıxışlarında Azərbaycanın nəinki regionda, hətta Şərqdə özünün gücünü, iqtisadi və siyasi təhlükəsizliyini təmin edən dövlətə çevrildiyini bildiriblər. Onlar ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən, milli mənəvi dəyərlərimizə dövlət qayğısından, qeyri-ənənəvi cərəyanlara qarşı mübarizədən danışıblar.
Sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

