Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
23.10.2014 [10:21]
Oktyabrın 22-də Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, Konfederasiyanın prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakov iclasda çıxış edərək bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi Ümumhəmkarlar İttifaqları Konfederasiyasının ətrafında birləşib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2001-ci ildən bu təşkilatın üzvüdür və hazırda onun bütün rəhbər orqanlarında təmsil olunur.
M.Şmakov deyib ki, Azərbaycanda gedən ümumi inkişaf prosesləri ölkədə həmkarlar ittifaqlarının da inkişafına imkan yaradır. O, bugünkü iclasın təcrübə mübadiləsinin aparılması, həmkarlar ittifaqlarının inkişaf perspektivlərinin müzakirəsi baxımından önəmini qeyd edib.
M.Şmakov bildirib ki, Azərbaycan dövləti gündən-günə inkişaf edir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir. Ölkədə ümumi daxili məhsul istehsalının həcmi, adambaşına düşən gəlirlərin məbləği artıb. Bu artım davam edir. Təbii ki, bütün bunlar insanların sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda həmkarlar ittifaqları da mütəşəkkildir. İcraiyyə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi isə dostluğumuzun, əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında ölkəmizdə həmkarlar ittifaqlarının formalaşması və inkişafı məsələlərindən danışıb. Həmkarlar ittifaqlarının əlaqələrinin möhkəmlənməsində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının rolunu yüksək qiymətləndirən S.Mehbalıyev deyib ki, AHİK ilə bu təşkilata üzv olan digər birliklər arasında əlaqələr yüksək səviyyədədir. O, qarşılıqlı təcrübə, fikir mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb.
S.Mehbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının bütün həlledici istiqamətlərinin formalaşmasında iştirak edirlər. Bu gün AHİK öz sıralarında 1 milyon 600 mindən artıq həmkarlar ittifaqı üzvünü, 27 sahə həmkarlar ittifaqı mərkəzini, 504 şəhər və rayon komitəsini, 68 birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı birləşdirir. Konfederasiyanın tərkibində 3 həmkarlar ittifaqı federasiyası, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurası fəaliyyət göstərir. AHİK Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, müharibə veteranları təşkilatı və digər qurumlarla konstruktiv şəkildə əməkdaşlıq edir.
S.Mehbalıyev əmin olduğunu bildirib ki, Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrin daha da genişlənməsində və möhkəmlənməsində, müştərək problemlərin həllində mühüm rol oynayacaq.
Sonra iclas iştirakçıları gündəlikdə duran məsələləri müzakirə ediblər. Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının minimum əməkhaqlarının artırılması və yaşayış minimumundan aşağı olmayan səviyyəyə çatdırılması istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti, azad ticarət xidmətləri barədə razılaşmalara həmkarlar ittifaqlarının mövqeyi, MDB iştirakçısı olan dövlətlərdə əməyin mühafizəsinin vəziyyəti, Ümumdünya Layiqli Əmək Gününün keçirilməsində Ümumhəmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların iştirakı, Konfederasiyanın üzv təşkilatlarının gənclərlə iş təcrübəsi, üzv təşkilatların üzvlük haqlarını ödəməsi qaydaları və s. məsələlərə baxılıb. Həmçinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 2015-ci il üçün gəlir və xərclər smetası müəyyən edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

