Əli Abbasov: TANAP Avrasiya Böyük İnformasiya layihəsinə yol açır
11.04.2015 [11:59]
Azərbaycanın milli inkişaf strategiyası Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvəsində yüksək dəyərləndirilib. Qeyd olunub ki, bu siyasət yaxın gələcəkdə daha böyük nəticələr verəcək.
AZƏRTAC-a müsahibəsini bu sözlərlə başlayan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanın həyata keçirdiyi və təşəbbüs göstərdiyi yeni-yeni layihələr Mərkəzi Asiya, Müstəqil Dövlətlər Birliyi, Şərqi Avropa ölkələrində ciddi maraqla qarşılanır və sürətlə özünə tərəfdaşlar tapır. Nazir deyib: “İstanbulda keçirilən Avrasiya Zirvəsindəki məruzə və çıxışlarda “inkişafa necə nail olmaq mümkündür” sualına cavab axtarılırdı. Çünki sadaladığımız coğrafiyada inkişaf üçün tələb olunan resurslar olduğu kimi, inkişaf və tərəqqiyə mane olan ciddi elementlər də mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvəyə ünvanlandığı təbrik məktubunda bir daha Azərbaycanın regionun inkişafı üçün həyata keçirdiyi şəffaf siyasətin ayrı-ayrı istiqamətləri, eləcə də dünyəvi əhəmiyyət daşıyan iqtisadi layihələrin mahiyyəti öz əksini tapıb. Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi İstanbulda keçirilmiş Avrasiya Zirvəsində yüksək informasiya texnologiyalarının inkişafına dair mövzuların müzakirəyə çıxarılmasının əsas səbəbidir. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub. Qeyd etdiyimiz Avrasiya Böyük İnformasiya Yolu layihəsi Azərbaycan siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək Yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli dəhlizdir. Zirvənin bütün iştirakçıları bu layihəyə maraq göstərdilər”.
Ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanın bu layihədə iştirakının mümkünlüyü barədə sualımızı nazir Əli Abbasov belə cavablandırıb: “Ümumiyyətlə, Ermənistanın təcavüzkar siyasəti təkcə region üçün təhlükə deyil. Bu siyasətin aradan qaldırılmaması dünyanın ayrı-ayrı bölgələrində yeni-yeni münaqişə ocaqlarının yaranmasına da öz təsirini göstərir. İstanbul Zirvəsində Azərbaycanın təbii ehtiyatları və geosiyasi vəziyyəti, beynəlxaq aləmdəki möhkəm mövqeyi, o cümlədən, ölkədəki hərtərəfli sabitliyi yüksək dəyərləndirilib. Ölkəmizin inkişaf imkanlarının bir qismi təbii resurslar olduğu halda, digər hissəsi isə qazanılmış nailiyyətlərdir. Bütün bunlar isə həm xarici sərmayənin ölkəyə cəlb edilməsinə, həm də xarici ölkələrə sərmayə yatırmaq baxımından tələb olunan normalardır. Ermənistan isə özünün işğalçılıq siyasəti, eləcə də iddiaları ilə imkanları arasındakı namütənasiblik səbəbindən bütün bu imkanlardan məhrum olub. Bəhs etdiyimiz Avrasiya Böyük İnformasiya Yolu çoxşaxəli layihə olaraq bütün ölkələr üçün açıqdır. Bu layihə siyasi xarakter daşımır. Lakin istənilən layihənin reallaşmasında və ona kənardan qoşulmalar məsələsində ikitərəfli və çoxtərəfli münasibətlər mühüm amildir. Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməzsə o zaman bu layihəyə qatılmasında da problemlərlə qarşılaşacaq. Böyük İnformasiya Yolunun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. TANAP-ın tikintisində onunla paralel olaraq yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən, informasiya daşıyıcısı olan digər mühəndis qurğularının tikintisi nəzərdə tutulur. Ona görə də deyə bilərik ki, TANAP Böyük İnformasiya layihəsinə yol açır”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

