YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
23.04.2015 [10:25]
Siyavuş Novruzov: Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvləri fəal iştirak edirlər
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Tamilla Hacıyeva hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məlumat verib. T.Hacıyeva bildirib ki, ərazi ilk partiya təşkilatının uçotunda 53 nəfər YAP üzvü qeydiyyatdadır. O qeyd edib ki, hesabat dövründə Yeni Azərbaycan Partiyasının prioritet təşkil etdiyi fəaliyyətinin əsas istiqamətləri ölkəmizin siyasi, sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nailiyyətləri, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttinin ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və keçirilməsi, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərinin hazırlanması və uğurla başa çatdırılması, partiyanın proqram prinsiplərinin izahı və təbliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, partiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi məsələlərini əks etdirir.
Hesabat məruzəsində vurğulanıb ki, YAP rayon (şəhər) təşkilatlarının təşəbbüsü ilə bütün bölgələrdə Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib, Ulu öndərin əziz xatirəsi yad edilib. Bundan əlavə, ötən il mayın 7-də Yeni Azərbaycan Partiyası tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans və eyniadlı kitabın təqdimat mərasimi keçirilib. “Yeni Azərbaycan Partiyasının bütün ali orqanlarının toplantıları və partiya tərəfindən görülən işlər cəmiyyətimizin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir. Bu baxımdan, ötən il YAP İdarə Heyətinin qərarına əsasən müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması partiya fəaliyyətinin intensivliyini daha da artırmışdır. Hesabat dövründə komissiyalar tərəfindən keçirilmiş iclas və tədbirlərdə müxtəlif aktual məsələlər müzakirə olunmaqla layihələr hazırlanmış, təkliflər irəli sürülmüşdür”, - deyə hesabatda qeyd olunub.
Bildirilib ki, bu il ərzində ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Ona görə də, ilk təşkilat öz fəaliyyətini daha da səfərbər edəcək.
Hesabat məruzəsi ilə əlaqədar YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov çıxış ediblər. Çıxışlarda YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaq iştirakçıları yekdilliklə YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək ilk təşkilatın fəaliyyətini müsbət dəyərləndirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvlərinin fəal rol oynadığını deyən S.Novruzov qeyd edib ki, YAP üzvləri bütövlükdə ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. İyun ayında Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini deyən YAP İcra katibinin müavini bu hadisənin ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcəyini bildirib. “Doğrudur, bu məsələdən qıcıqlanan, ümumilikdə Azərbaycanın inkişafına qısqanclıqla yanaşan müəyyən xarici və daxili qüvvələr ölkəmizin nüfuzuna zərbə vurmağa çalışırlar. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan bir daha özünü demokratik, dinamik inkişaf edən bir ölkə kimi dünyaya təqdim edəcək. Hesab edirəm ki, bu istiqamətdə partiyamızın fəalları bu kimi uğurlarımızın təbliğatında daha da fəal iştirak etməlidirlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov bu il ərzində digər bir mühüm hadisənin noyabrda keçiriləcək parlament seçkiləri olduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının bu seçkilərə də mütəşəkkil şəkildə hazırlaşdığını qeyd edib.
S.Novruzov partiyamızın gənclərinin də ictimai-siyasi proseslərdə, təbliğat işlərində aktiv iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın 76 rayon və şəhər təşkilatının gənclər birliklərinin hesabat-seçki konfransı keçirilib. Bu konfranslarda təşkilati baxımdan müəyyən dəyişikliklərin edildiyini deyən S.Novruzov yaxın zamanlarda YAP Gənclər Birliyinin hesabat-seçki konfransının keçiriləcəyini bildirib. O, həmçinin, YAP Səbail rayon təşkilatının da növbədənkənar konfransının keçiriləcəyini diqqətə çatdırıb: “Müəyyən səbəblərdən YAP Səbail rayon təşkilatının növbədənkənar, 10-cu konfransı keçiriləcək. Bu təşkilat partiyamızın yerli strukturları arasında ən böyük, mərkəzi təşkilatlarından biridir, 103 ilk təşkilatı var, onun sıralarında 25 mindən artıq insan birləşib. YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatı da YAP Səbail rayon təşkilatının tərkibində olduğu üçün konfransa nümayəndələr seçməliyik. Bütövlükdə, ilk təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP-ın ümumi şöbəsinin müdiri Afət Hüseynova YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının sədri, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə sədr müavini seçilib. Eyni zamanda, ilk təşkilatın 13 nəfərdən ibarət İdarə Heyəti, YAP Səbail rayon təşkilatının 10-cu hesabat-seçki konfransına 25 nəfər nümayəndə seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

