Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan heç bir zaman ticarətyönümlü xarici borclanmaya getməyib

Azərbaycan heç bir zaman ticarətyönümlü xarici borclanmaya getməyib

05.05.2015 [10:30]

Azərbaycan heç bir zaman ticarətyönümlü xarici borclanmaya getməyib. Bu gün buna kəskin ehtiyac duyulmur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov məlumat verib.
S.Şərifov deyib: “Dövlətimizin başçısının göstərişləri ondan ibarətdir ki, Azərbaycanın xarici borcları nəzarətdə saxlanılsın və artmasın. Şübhəsiz ki, bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti iqtisadi siyasət tədbiri kimi xarici borclanmaya gedə bilər. Hesab edirəm ki, bu, Azərbaycan üçün o qədər də vacib deyil. Keçən il Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlarda xarici valyutada ifadə olunmuş öz dövlət istiqrazlarını yerləşdirib. Əvvəllər isə Azərbaycanın bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, bunlar konkret olaraq, ölkəmiz üçün vacib fiziki və sosial infrastrukturu maliyyələşdirən layihələrdir”.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31