Bahar Muradova: Azərbaycanın birinci xanımının fəaliyyəti ilə qürur duydum
02.07.2015 [09:59]
“Bu gün Azərbaycan xalqı, idmansevərlər, ölkəmizə təşrif buyuran Avropa ölkələrinin nümayəndələri, ümumiyyətlə, Oyunları izləyən hər bir kəs birinci Avropa Oyunlarının həm Azərbaycan, həm də Avropa üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edərək onu obyektiv qiymətləndirir. Çünki idman dövlətləri, millətləri, xalqları bir-birinə yaxınlaşdıran, sülhə, qardaşlığa xidmət edən ən gözəl vasitədir”. Bunu SİA-ya Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova ilk Avropa Oyunlarının nəticələri haqqında fikirlərini bildirərkən deyib.
Bahar Muradova qeyd edib ki, artıq neçə gündür bütün ictimaiyyət Oyunların açılış və bağlanış mərasimlərinin möhtəşəmliyindən danışır: “Yerli media ilə yanaşı, xarici mediada da Oyunlara geniş yer verilməsi bir daha onu göstərdi ki, Azərbaycan bu kimi beynəlxalq layihələrin təşkilatçısı, təşəbbüskarı rolunda çıxış edərkən bu layihələrin uğuruna öncədən təminat verir. Dövlətimiz başlatdığı bütün layihələri uğurla həyata keçirdiyi, qarşısına qoyduğu hədəflərə məqsədyönlü şəkildə yetişdiyi kimi, bu məqsədinə də yetişdi və əsl idman bayramını ölkəsinə yaşatdı. Bununla da hər bir vətəndaşımız idman sevincini duydu, idman həyəcanını yaşadı. Bütövlükdə Azərbaycan xalqı Oyunların keçirilməsində, təşkilində bir komanda şəklində çıxış etdi ki, onun da nəticəsi göz önündədir. Biz öz qalibiyyətimizi ilk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyinə dair qərar verildiyi andan qazanmışdıq. Amma buna baxmayaraq, idmançılarımız öz yüksək nailiyyətləri ilə seçildilər və medal sıralamasında ikinci yeri tutdular. Bununla da Azərbaycan idmanının nə qədər yüksək pillədə dayandığını sübut etmiş olduq. Ölkə Prezidenti cənab İlham Əliyevin həm Prezident, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkənin ən prioritet istiqamətlərindən biri seçməsinin, idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan dünyada ən yüksək standartlara və idman infrastrukturuna malik ölkə kimi tanınır. Xalqımıza bir inam daha aşılandı. Belə ki, məqsədyönlü bir işin arxasınca getdikdə bu işin sonu mütləq uğurla nəticələnir. Hazırda Azərbaycan bir uğur simvolu kimi çıxış etməkdədir. Bu həm dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, həm də dünya ölkələri sırasında yerimizin, mövqeyimizin, nüfuzumuzun güclənməsində, əhalinin sosial imkanlarının genişlənməsində, hərbi gücümüzün və iqtisadi imkanlarımızın artmasında özünü göstərir”.
Vitse-spiker Oyunların açılış və bağlanış mərasimlərində iştirak etdiyini və bundan qürur duyduğunu bildirərək qeyd edib ki, bu qürur hissi bizi daha artıq nailiyyətlər əldə etməyə sövq edəcək: “Müstəqil siyasi iradə sahibi olan ölkənin öz xalqını və millətini daha da irəliyə aparacağına dair inamımız hər gün daha çox artır. Azərbaycan onu hədəf seçən qara qüvvələrin qarşısında ləyaqətlə, cəsarətlə, mətinliklə dayanmağı bacaran dövlətdir. Bu gün Azərbaycan Prezidenti ölkəsinin hər bir vətəndaşının qarantı kimi, xalqa bütün fəaliyyəti dönəmində qürur və şərəf yaşadan bir azərbaycanlı qismində çıxış edir. Bu keyfiyyətlər gələcək üçün bizlərə geniş planlar cızmağa stimul verir”.
Bahar Muradova, həmçinin, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsinə də münasibətini bildirərək qeyd edib ki, sözün həqiqi mənasında, Azərbaycanın birinci xanımı yarışların təşkilində mühüm xidmətlər göstərdi: “Məhz onun nəticəsidir ki, bizimlə yanaşı, bütün beynəlxalq ictimaiyyət Oyunlar barədə yüksək fikirlər səsləndirir. Hesab edirəm ki, əgər cənab Prezidentin cəsarəti, qətiyyəti Oyunların keçirilməsində böyük rol oynadısa, birinci xanım Mehriban Əliyevanın da gərgin əməyi, zəhməti və yüksək zövqü nəticəsində bu Oyunlar hələ uzun illər yaddaşlardan silinməyəcək izlər qoydu. Heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Azərbaycanın ən ali mükafatı ilə təltif edildi. O, Heydər Əliyev irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük fədakarlıq və qətiyyət nümayiş etdirməklə yanaşı, gənc nəslin sağlamlığının hamisi olaraq da bu mötəbər idman tədbirinin təşkilində çox yüksək səviyyədə əzm və bacarıq sərgilədi. Mən Azərbaycanın birinci xanımının fəaliyyəti ilə bir daha qürur duydum. Ölkə Prezidentinə isə onun əməyini bu cür qiymətləndirdiyi üçün öz təşəkkürümü bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

