Sərhədsiz islamofoblar, yaxud sərhədsiz ermənipərəstlər...
25.07.2015 [10:17]
Azərbaycana qarşı hər zaman qərəzli olan bu “reportyorlar”ın “sərhəd”ini islamofob dairələr müəyyənləşdirir
Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasi kurs, eləcə də, qısa zamanda əldə olunan iqtisadi nailiyyətlər ölkəmizi Cənubi Qafqaz regionunun mühüm siyasi aktoruna çevirməklə yanaşı, dünya miqyasında tanınmasına da öz töhfəsini verir. Ölkəmizdə gerçəkləşən dünya miqyaslı tədbirlər Azərbaycanın tolerant, demokratik ənənələrə sadiqlik nümayiş etdirən, insan hüquq və azadlıqlarının qorunmasında qətiyyətli mövqe sərgiləyən beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınmasına yol açıb.
Amma Azərbaycana qarşı ikili standartlarla yanaşan, açıq qərəz nümayiş etdirən, o cümlədən, ermənilərə xidmət göstərən bəzi islamofob dairələr hər addımda ölkəmizi hədəfə almaq üçün fürsət axtarırlar. Təbii ki, bu dairələr və ya təşkilatlar birmənalı şəkildə ermənipərəst, anti-Azərbaycan fəaliyyəti ilə məşhurdurlar və ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Belə qurumlar arasında ən “tanınmışlar”dan biri də “Sərhədsiz Reportyorlar” təşkilatıdır.
Azərbaycana qarşı haqsız iddialar irəli sürmək “Sərhədsiz Reportyorlar”ın “peşə”sinə çevrilib
Xatırlatmaq yerinə düşər ki, istər 2012-ci ildə Azərbaycanda mühüm mədəniyyət tədbirlərindən biri olan “Eurovision” mahnı yarışması keçirildiyi zaman, istərsə də bir müddət öncə baş tutan birinci Avropa Oyunları öncəsi “Sərhədsiz Reportyorlar”ın tutduğu mövqe, sərgilədiyi davranış bu təşkilatın əsl məqsədini ortaya qoyur. Həm mədəni, həm də idman tədbiri öncəsi Azərbaycanı hədəfə alan bu təşkilatın apardığı şər kampaniyasının əsas tezisini məhz ermənipərəstlərin və islamofobların “istinad nöqtəsi” sayılan yalançı “insan haqları” məsələsi təşkil edirdi. Bu kimi “qulağa xoş” ifadələrlə öz xəbis, ermənipərəst niyyətlərini pərdələməyə çalışan “Sərhədsiz Reportyorlar”ın islamofob mahiyyəti hər addımda aşkara çıxır.
Öz “sərhəd”lərini yalnız islam coğrafiyası ətrafında müəyyən edən bu təşkilatın Azərbaycana qarşı açdığı haqsız savaşın arxasında erməni lobbisinin dayanması şübhə doğurmur. Hələ birinci Avropa Oyunları zamanında öz məqsədlərinə yetə bilməyən “Sərhədsiz Reportyorlar” indi də eyniməzmunlu yalanlarını tirajlamağa çalışır, guya, Azərbaycanda insan hüquqlarının pozulması mənzərəsini yaratmağa niyyətlənir. Amma hər zaman olduğu kimi, bu dəfə də özünü gülünc bir vəziyyətə salan bu ermənipərəst, islamofob qrup öz yalanının içində ifşa olunur.
Ermənistanda pozulan insan haqlarını susqun halda izləyən “reportyorlar”ı lal edən səbəblər nədir?
Ortaya maraqlı bir sual çıxır... “Sərhədsiz Reportyorlar” adlanan bu şər xidmətçiləri əgər öz “missiya”larında həqiqətən də səmimidirlərsə, nə üçün Ermənistanda illərdir pozulan insan hüquqları ilə bağlı bir dəfə də olsun dodaq tərpətməyib? Nə üçün Ermənistan hakimiyyətinin öz vətəndaşlarına qarşı qeyri-insani rəftarı haqqında bir bəyanat belə “qaralamayıb”. Və ya... Əgər “Sərhədsiz Reportyorlar” adlanan bu buqələmun azlıq dilində şüar etdiyi söz azadlığı məsələsində bu qədər “qətiyyətlidirsə”, nə üçün bir neçə gün öncə Ermənistanda baş verən mitinqdə onlarla jurnalistin həbs olunması faktına münasibət bildirmədi?
Beləliklə də, bu faktlara münasibət bildirməyən “Sərhədsiz Reportyorlar”ın hərəkət trayektoriyasının sərhədləri açıq şəkildə bəlli olur. Addımbaşı Azərbaycanı hədəfə alan bu təşkilatın fəaliyyəti birmənalı şəkildə ksenofobiyaya, islamofobiyaya söykənir.
“Beşinci kolon” nümayəndələri islamofob və ermənipərəstlərin “istinad nöqtəsi” rolunda
Bu da bir faktdır ki, ermənipərəst və islamofob mahiyyətə malik olan “Sərhədsiz Reportyorlar” və onun kimi qruplaşmalar anti-Azərbaycan fəaliyyətlərində ölkəmizdəki “beşinci kolon” nümayəndələrindən istifadə edirlər. Əsasən, radikal müxalifət düşərgəsində yer alan bu cür “sapı özümüzdən olan baltalar” müəyyən şirnikləndirici vədlərin, ələlxüsus da, qrantların, ianələrin müqabilində sözügedən dairələrin Azərbaycan əleyhinə layihələrində məmnuniyyətlə yer alırlar. Bununla yanaşı, həmin şəxslər ölkəmizlə bağlı yalan məlumatlar verməklə qərəzli “informasiya mənbəyi” rolunu oynayırlar ki, vurğuladığımız islamofob dairələr də məhz həmin “mənbələrə” istinad etməklə şər kampaniyaları aparırlar.
Əlbəttə ki, bu cür satqınlıqların cavabı xalqımız tərəfindən hər zaman layiqli şəkildə verilib. Öz siyasi karyerasını Azərbaycanın dövlət və millət maraqlarına zərbə vurmağa həsr etmiş, siyasi alveri özünün simasına və xarakterinə çevirmiş, utanmadan özünü “siyasətçi” adlandıran bu cür naqis xislətə malik kəsim əlləri hər şeydən üzüldüyü üçün başqa çıxış yolu tapa bilmir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

