Bahar Muradova: Prezidentlərin görüşü ilə bağlı ortada müəyyən fikirlər var
08.10.2015 [10:01]
“Danışıqlar yolu ilə bu münaqişənin həll ediləcəyinə inanmıram”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən görüşünün təşkil ediləcəyi ilə bağlı yayılan məlumatlara öz fikrini bildirib: “Bu hazırda gündəmdə olan məsələdir. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı hansısa bir variant təqdim etməkdən artıq çoxdan imtina edib. Onlar qərar qəbulu ilə bağlı iradə göstərməyin vacib olduğunu daim fikirlərində səsləndiriblər. Və tərəfləri bir-biri ilə görüşdürməklə məsuliyyəti də qarşı tərəflərin üzərinə qoymaq istəyirlər. Bunun üçün də vasitəçi olaraq səlahiyyətləri çərçivəsində prezidentlərin görüşünü təşkil etməlidirlər. Bununla da hansısa bir irəliləyişə nail olmaq və məsələni ölü nöqtədən tərpətmək istəyirlər.
Artıq neçə ildir ki, bu istiqamətdə müəyyən səylər göstərilsə də, müəyyən görüşlərə nail olunsa da və müsbət nəticəyə doğru fikirlər səslənsə də reallıqda hər şey başqa cür olur. Bu danışıqlar mütləq və qısa bir zamanda özünü doğrultmayıb. İndi də prezidentlərin il sonuna qədər görüşünün təşkil edilməsi ilə bağlı fikirlər dolaşır. Bununla bağlı proqnoz vermək istəməzdim. Bu öz-özlüyündə məsələni həll etmir”.
Vitse-spiker qeyd edib ki, Azərbaycanın məsələyə yanaşması ortadadır və biz işğala məruz qalmış bir dövlət kimi beynəlxalq hüquq və prinsiplər çərçivəsində bu məsələni həll etməyə çalışırıq: “Dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. Və bunu həm prezidentlərin görüşündə, həm nümayəndələrin görüşündə, həm də uyğun məqamlarda səslədirmişik. Lakin qarşı tərəf hər hansı bir irəliləyişə gətirib çıxaran addımlar atmaqdan çəkinir. Son vaxtlar Ermənistan prezidentinin Dağlıq Qarabağın Ermənistan ərazisi olması ilə bağlı səsləndirdiyi bəyanat onun bu illər ərzində ikiüzlü bir siyasət yeritmiş olduğunu açıq-aşkar sübut edir. Bu onun bir sonrakı görüşlərdə ortaya qoya biləcəyi mövqeyi də nümayiş etdirir. Mənim ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu məsələni həll edəcəklərinə elə də böyük inamım yoxdur. Təbii ki, Azərbaycanın danışıqlardan imtina etməsini də məqsədəuyğun saymıram. Məsələni müzakirə etmək daha yaxşı nəticələr verə bilər. Lakin bu danışıqlar prosesi də sonsuzadək davam edə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

