Nardaranda yuva salmış terrorçular zərərsizləşdirildi, qəsəbədə əmin-amanlıq bərpa edildi
02.12.2015 [10:13]
Azərbaycan dövləti terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi
Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təminatı Azərbaycan dövlətinin əsas prioritetidir. Dünyada tolerantlıq nümunəsi sayılan ölkəmizdə insanların bütün hüquqları ölkə Konstitusiyası ilə qorunur. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit olunub. Bu o deməkdir ki, Azərbaycan İslam dininə inanclı bir ölkə olsa da, sivil, dünyəvi, demokratik ölkə kimi qanunlarla idarə olunur. Məhz bu məqam Azərbaycanda dini çəkişmələrin yaranmasının qarşısını alan böyük amillərdən sayılır.
Təbii ki, Azərbaycanda bu cür yüksək səviyyəli dövlət-vətəndaş münasibətlərinin qurulması, həmçinin ölkəmizin müstəqil siyasət yürütməsi bir sıra terrorçu qüvvələri, ölkədə qarışıqlıq yaratmaq, siyasi sabitliyə xələl gətirmək istəyən ekstremistləri narahat etməyə bilməz.
Bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində yaşanan hadisələri də məhz bu yöndə izah etmək mümkündür. Konkret olaraq terror dəstəsi yaradaraq ölkə qanunlarına qarşı çıxmaq istəyən bir qrup şəxsin zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyatın məqsədi Nardaranı yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini, eləcə də qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etməkdir.
Artıq baş verən proseslərin ardından qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanılıb, küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu “barrikadalar”dan təmizlənir. Bundan başqa, əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənsə də, hazırda onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində tədbirlər davam etdirilir. Təbii ki, hüquqi dövlət olan Azərbaycanda qanunların pozulmasına gətirib çıxaran, xalqımızın, o cümlədən dövlətimizin təhlükəsizliyinə təhdid yaradan terrorçuların məsuliyyətə cəlb edilməsi istiqamətində lazımi addımlar atılacaq. Birmənalı şəkildə qeyd etmək gərəkdir ki, əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görüləcək.
Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq, Nardaranda qanunların işləməsi təmin ediləcək, qəsəbədə ümumi həyat ritmi bərpa olunacaqdır.
Bir daha vurğulamaq gərəkdir ki, terrorçu dəstənin hüquq-mühafizə orqanlarına qarşı silahlı müqaviməti və bu məsələdə din adı ilə manipulyasiya etməsi yolverilməzdir. Dindən siyasi məqsədlər üçün istifadə edən bu cür terrorçu qruplar ölkəmizin maraqlarına zərbə vurmaqla yanaşı, silahlı qarşıdurmaların yaranmasında maraqlıdırlar.
Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə qərarlıdır. Dövlətimiz ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi. Azərbaycan dövləti bir daha sübut etdi ki, sabitliyin pozulmasına yönələn bütün addımların qarşısını anındaca almağa hazırdır. Təbii ki, Azərbaycan hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat, eləcə də prosesin davamı bu terrorçu dəstənin bütün üzvlərinin və onları dəstəkləyənlərin qanun qarşısında cavab verməsini təmin edəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

