Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
12.01.2017 [09:37]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 11-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Kroftsla görüşüb.
Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini, BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını, son illər Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.
Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bu əlaqələri daha da inkişaf etdirməyin, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib və səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Əli Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri-neft sektorunda, o cümlədən neft sektorunda BP-nin fəaliyyət göstərdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.
Baş nazirin müavini, eyni zamanda, Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızılın Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yolverilməz olduğunu səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün, ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan səfirə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığın təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub.
Qəbula görə minnətdarlığını bildirən britaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib. O həmçinin iki ölkə arasında müxtəlif sahələrdə bir sıra layihələr üzərində iş aparıldığını qeyd edib.
Ermənistanın hazırkı status-kvonu davam etdirməsindən təəssüfləndiyini bildirən səfir Kerol Meri Krofts qeyd edib ki, dünya ictimaiyyəti bu münaqişənin həllinə kömək etməlidir və Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.
Görüşdə həmçinin səfirlik tərəfindən məcburi köçkün şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

