/ / Oqtay Əsədov: Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədəki bütün problemlərin həllini yaxınlaşdıra bilər
Oqtay Əsədov: Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədəki bütün problemlərin həllini yaxınlaşdıra bilər
30.06.2017 [10:09]
Koreya Respublikasının paytaxtı Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi keçirilir.
“Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda keçirilən müşavirədə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Tədbiri Koreya Respublikası Milli Assambleyasının sədri Çanq Sye Kyun açaraq müasir dövrümüzdə dünyanın, o cümlədən Avrasiyanın üzləşdiyi bir çox problemlərin həlli yollarının tapılması üçün dialoqa böyük ehtiyac olduğunu, ölkələrin qanunverici orqanlarının bu dialoqa böyük töhfələr verə biləcəyini deyib. O, müvafiq dialoqun təşkilində Avrasiya Ölkələri Parlament Sədrlərinin Müşavirəsi formatının əhəmiyyətini vurğulayıb.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Voronin ötən il Moskvada keçirilən ilk iclasdan sonra bu formatda görüşün davam etdirilməsinin Avrasiya regionunda parlamentlərarası əməkdaşlığın inkişafına müsbət təsirindən danışıb.
Milli Məclisin sədri Oqtay Əsədov müşavirənin Avrasiyada parlamentlərarası əməkdaşlıq yolu ilə birgə rifahın yüksəldilməsi yollarının müəyyən edilməsinə töhfə verəcəyinə inandığını bildirib. O, müasir dövrdə parlament diplomatiyasının dövlətlərarası əməkdaşlığın mühüm bir formatını təşkil etdiyini deyib.
Oqtay Əsədov bəşəriyyətin təhlükəsizliyi üçün təhdid törədən problemlərin, o cümlədən iqtisadi-maliyyə böhranı, terrorizm, təcavüzkar separatizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, iqlim dəyişikliyi, yoxsulluq, habelə qaçqın və məcburi köçkün məsələlərinin həllinin səmərəli yollarının tapılmasında parlamentlərasası əməkdaşlığın vacib rol oynayacağına inamını ifadə edib.
Milli Məclisin sədri bütün beynəlxalq münaqişələrin və lokal müharibələrin 80 faizinin Avrasiyanın payına düşdüyünü, sivilizasiyalar arasında geosiyasi qarşıdurmanın güclənməsinin günümüzün reallığı olduğunu deyib. Avrasiyadakı qeyri-sabit və münaqişəli vəziyyətin dünyanın müqəddəratı üçün ağır nəticələr törədə biləcəyini diqqətə çatdıran Milli Məclisin sədri beynəlxalq qaydanın əsas elementlərinə təsir göstərməkdə davam edən, dövlətlərin ərazi bütövlüyünü və sabitliyini pozan əsas təhdidləri və çağırışları dəf etmək üçün onlara vahid yanaşmanın təmin edilməli olduğunu deyib.
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirən O.Əsədov deyib: “Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamənin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamənin, eləcə də Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnamənin və digər beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməsi zərurətinə bir daha diqqəti cəlb etmək istərdim. Şübhə yoxdur ki, Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədə mövcud olan bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər.
Əminəm ki, bu münaqişə, eləcə də digər oxşar münaqişə və problemlərin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən də onlar arasında ən başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınması Avrasiyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsi işinə xidmət edəcək”.
Qarşılaşdığımız problemlərin həlli üçün parlament üzvlərinin üzərinə böyük vəzifə düşdüyünü bildirən O.Əsədov müşavirə iştirakçılarını Avrasiyada, o cümlədən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə səylərini əsirgəməməyə çağırıb. Bildirib ki, bəşəriyyət bir ailədir və ailənin bir üzvündə problem olanda, o, hamıya təsir göstərir, yaraya çevrilir. Həmin yara vaxtında müalicə olunmayanda isə bütün ailəyə yayılır, xəstəlik hər tərəfə təsir göstərir. Ona görə də bu cür problemlərin yayılmaması üçün hamımız birgə və vaxtında səy göstərməliyik.
İclasda digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.
Müşavirə mövzuya dair müzakirələrin yekunu olaraq Seul Bəyanatının qəbul edilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30

