/ / Azərbaycanın dinlər və sivilizasiyalararası dialoqa töhfəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib
Azərbaycanın dinlər və sivilizasiyalararası dialoqa töhfəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib
28.02.2018 [10:04]
Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi “Sülh üçün dinlərarası dialoq: Sülh içində birgə yaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək” mövzusunda Yüksək Səviyyəli Forum işini davam etdirir. Forum və görüşlərdə Beynəlxalq Mərkəzin Direktorlar Şurası və Məşvərət Forumunun üzvləri ilə yanaşı, dünyanın əsas ənənəvi dinlərini təmsil edən dini liderlər, eləcə də elm, mədəniyyət və ictimai xadimlər, habelə siyasətçilərdən ibarət 200-dən çox tanınmış şəxs iştirak edir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forumun ilk günü KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Faysal bin Muammar QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin təşkilatın Direktorlar Şurasına üzv seçildiyini elan edib, onun beynəlxalq qurumun rəhbər orqanında təmsil olunmasının bu təşkilatın fəaliyyətinə yeni töhfələr verəcəyini vurğulayıb. Qeyd edilib ki, doqquz nəfərdən ibarət Direktorlar Şurasında üç müsəlman, üç xristian, bir yəhudi, bir buddist və bir induist dini lider təmsil olunur. KAİCİİD tərəfindən belə bir qərarın qəbul edilməsi, Allahşükür Paşazadənin bu qurumun Direktorlar Şurasında təmsil olunması Azərbaycanın dövlət rəhbərliyinin dinlərarası həmrəylik, dinlər və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində göstərdiyi səylərin nəticəsi kimi qiymətləndirilib.
Forumda çıxış edənlər dialoq və əməkdaşlığın inkişafı üçün dinlərarası platformanın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Bildirilib ki, müasir dövrdə dünyada münaqişələrin nizamlanmasında güc tətbiqini legitimləşdirmək üçün dindən sui-istifadə olunur və bu da öz növbəsində milli, regional və qlobal sabitlik üçün təhdidləri artırır. Buna görə də dini qurumlar, nüfuzlu din xadimləri və siyasətçilərin üzərinə sosial vəhdət, qarşılıqlı rəğbət və birgə vətəndaşlıq prinsiplərinin təbliğ olunmasında böyük öhdəlik düşür. Eyni zamanda, dinlərarası dialoqun gücləndirilməsində siyasətçilər və din xadimləri arasında sıx əməkdaşlıq tələb olunduğu kimi, dini qurumlar ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığa da xüsusi diqqət yetirilməlidir.
Forumda, həmçinin insan və cəmiyyətlərin dini kimliyinin formalaşması üçün dini və dinlərarası təhsilin əhəmiyyəti qeyd edilib, bu istiqamətdə əldə olunmuş uğurlar və tədris proqramları, eləcə də ali təhsil ocaqları arasında əməkdaşlıq layihələri barədə təqdimatlar keçirilib, müzakirələr aparılıb.
Şeyxülislam Allahşükür Paşazadə forum çərçivəsində Ekumenik Patriarx Varfolomey, Metropolit Emmanuel, Livanin baş müftisi Əbdül Lətif Dəryan, Gürcü Avtokefal Kilsəsinin Metropoliti Dmitri, Misir Patriarxı Teodor, Dünya İslam Xeyriyyə Fondunun İdarə Heyətinin sədri, BMT baş katibinin xüsusi müşaviri Abdulla Əl Mətuq ilə görüşüb. Şeyxülislam A.Paşazadə həmsöhbətlərini bu günlərdə 26-cı ildönümü qeyd edilən Xocalı soyqırımı barədə məlumatlandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də KAİCİİD-in dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək. Bu Forumun üzvləri Direktorlar Şurası tərəfindən təyin olunur. İclasda Şura üzvləri də iştirak edəcək. Martın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin də daxil olduğu 9 nəfərdən ibarət Direktorlar Şurasının toplantısında Mərkəzin gələcək iş planı və strategiyası tərtib olunacaq.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə və 25 ölkədən müxtəlif mədəniyyət və dinlərə mənsub şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.
Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, həmçinin Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAİCİİD dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət Direktorlar Şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

