Fələstinin xarici işlər naziri Milli Məclisdə olub
07.04.2018 [10:08]
Aprelin 6-da Milli Məclisin sədri Oqtay Əsədov Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr dost ölkələr olan Azərbaycanla Fələstin arasında bu cür görüşlərin münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, qonağın dördüncü dəfə nazir qismində ölkəmizə səfər etdiyini vurğulayaraq, onun Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakını yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycan və Fələstin xalqları arasındakı əlaqələr qədim tarixi olan qardaşlığa, ortaq dini və mədəni köklərə söykənir. Məhz belə möhkəm təməllər üzərində qurulan münasibətlərimizin davamlı şəkildə inkişafı anlaşılandır. Azərbaycan xalqı və hökuməti həmişə Fələstin xalqına siyasi və iqtisadi dəstək verib və gələcəkdə də bu dəstəyi davam etdirmək niyyətindədir. Beynəlxalq təşkilatlar - BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində Fələstinin mənafeyinə uyğun qərarların qəbul olunmasında Azərbaycan həmişə Fələstinin ədalətli mövqeyini müdafiə edib. Azərbaycan Yaxın Şərq məsələsinin sülh yolu ilə, beynəlxalq hüququn normalarına uyğun həllinə tərəfdardır.
Riad Malki Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakından və səfər çərçivəsində keçirdiyi görüşlərdən danışıb. Bildirib ki, mötəbər təşkilatlar çərçivəsində nümayəndə heyətlərinin mütəmadi görüşləri onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Nazir Azərbaycan Prezidentinin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında nümayiş etdirdiyi cəsarətli mövqeyə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir. O deyib ki, Fələstin Dövləti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və problemin beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

