/ / Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bir sıra qanun layihələri müzakirəyə çıxarılıb
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bir sıra qanun layihələri müzakirəyə çıxarılıb
03.05.2018 [09:46]
Mayın 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri İsa Həbibbəyli qanunvericilik təşəbbüsü qaydasında dövlətimizin başçısı tərəfindən bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı parlamentə sənədlərin daxil olduğunu bildirib. Qanunlara təklif olunan dəyişikliklər 2017-ci il 14 aprel tarixində qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Məlumat verilib ki, Əmək Məcəlləsinin 118-ci maddəsində göstərilən əmək məzuniyyətinin 42 təqvim günü müddətinə verilən işçilər siyahısına təklif olunan dəyişikliyə əsasən, bu hal uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara aid edilir. Bu düzəliş, eyni zamanda, bu sahədə çalışan və siyahıya əlavə edilən digər işçilərin də hüquqlarının müdafiəsinə xidmət edir.
Bildirilib ki, “Təhsil haqqında” qanunun 14.5.1-ci maddəsində “xüsusi uşaq bağçası” sözləri “və “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğun olaraq, digər məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilir. 18.3-cü maddədə edilən düzəlişə görə, ölkədə məktəbəqədər təhsil üç yaşdan başlayaraq deyil, 1-6 yaşlı uşaqları əhatə edir. Qanuna əlavə edilən 18.7-ci maddədə isə deyilir ki, məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” sənədlə tənzimlənir.
Diqqətə çatdırılıb ki, bir sıra qanunlarda vaxtilə istifadə edilmiş terminlərin “Məktəbəqədər təhsil haqqında” Qanunda istifadə olunan terminlərə uyğunlaşdırılması nəzərdə tutulur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 13-cü maddəsində “orta peşə-ixtisas və texniki peşə təhsili” sözləri “ilk peşə-ixtisas təhsili və əlavə təhsil” sözləri ilə, “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilir. Həmçinin “Yanğın təhlükəsizliyi haqqında” Qanunda “məktəbəqədər tərbiyə müəssisələri”, “ümumtəhsil məktəbləri” terminləri “məktəbəqədər və ümumi təhsil müəssisələri” termini ilə əvəz olunur.
Qeyd olunub ki, “Məktəbəqədər təhsil haqqında” Qanunun qəbulu ilə əlaqədar “Dövlət qulluğu haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlara da bəzi texniki dəyişikliklər edilib.
İclasda çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Asim Mollazadə, Sona Əliyeva, Gövhər Baxşəliyeva, Kamilə Əliyeva, Elşad Həsənov təklif olunan dəyişikliklərin zamanın tələbi baxımından əhəmiyyətli olduğunu, təhsilin inkişafına xidmət edəcəyini söyləyiblər. Fikir mübadiləsi zamanı deputatların səsləndirdikləri bəzi suallara komitə sədri tərəfindən aydınlıq gətirilib.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Bununla bağlı işçi qrupunun yaradılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

