Bursa Atatürk stadionunda Azərbaycan bayraqları
16.10.2009 [09:41]
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə polis Bursa Atatürk stadionuna Azərbaycan bayraqları və üzərində Azərbaycan bayrağının təsviri olan köynəklərlə gələn azarkeşlərdən bayraqları alıb və köynəkləri bu şəxslərin əyinlərindən çıxarıb. Lakin bütün bu tədbirlərə baxmayaraq, matç başladıqdan sonra tribunalarda xeyli gənc əlində Azərbaycan bayrağını Türkiyə bayraqları ilə bərabər dalğalandırmağa başlayıb. Oyunu izləyən FİFA komissarı bu faktı raportuna yazıb. FİFA-nın Türkiyə Futbol Federasiyasına cıza verəcəyi gözlənilir. Hətta bu cəzanın 1 ev oyununu ölkə xaricində keçirməkdən ibarət olacağını iddia edənlər də var.
Əlavə edək ki, stadionda çalınan Ermənistanın dövlət himni başdan sona qədər fitə basılıb. Bir qrup erməni jurnalistinin tribunada böyük Ermənistan bayrağı açması isə azarkeşlərin uğultulu reaksiyasına səbəb olub. Türkiyə Futbol Federasiyasının nümayəndələri erməni media mənsublarına xəbərdarlıq edərək bayrağın yığışdırılmasını tələb etdikdən sonra bu jurnalistlərdən bəziləri stadionu tərk edib. “Bursaspor” klubunun məşhur fanat qrupu “Texas”ın tribunalarda yer tutan üzvləri stadiona buraxılmayan dostlarına dəstək xarakterli “Erməni içəridə, Bursa dışarıda!” deyə qışqırıblar.
Polisin içəri buraxmadığı Azərbaycan bayraqları bursalılar tərəfindən stadionun ətrafına və yol kənarlarındakı dirəklərə asılıb. üzərində Azərbaycan bayraqları olan avtomobillər matç boyunca Bursa küçələrində şütüyüb.
Xəbər lenti
Hamısına baxSosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54

