Rusiyalı ekspert: “Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir
07.09.2018 [08:44]
“Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir. Bu layihədə Azərbaycan çox böyük rol oynayır.
Tanınmış rusiyalı ekspert, Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlarının yekununu şərh edərkən söyləyib.
O deyib: “Bu cür görüşlər ölkələrimizin liderləri üçün artıq ənənəvi hal alıb. İlham Əliyevin Rusiyaya səfəri Onun Rusiya tərəfinə və şəxsən Vladimir Putinə etimadının göstəricisidir. Belə olmasaydı, onların görüşü hər hansı beynəlxalq forum çərçivəsində neytral ərazidə keçirilərdi. Görüşlərin müntəzəm keçirilməsi və yeni sazişlərin imzalanması ilə başa çatması onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və uzunmüddətli planlara əsaslanır”.
Ekspert Soçi görüşünün nəticələrindən söhbət açaraq deyib: “Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı yeni təkan alıb. Azərbaycanda “QAZ” avtomobillərinin yığma sahəsinin inşa edilməsi, “Qoşadaş” qaz yatağının və Xəzər dənizinin təkindəki bir hissənin “Rosneft” və SOCAR tərəfindən birgə öyrənilməsi layihələri ölkələrimizi ən mühüm sahələrdən biri olan neft-qaz və maşınqayırma sahəsində, deməli, siyasi baxımdan da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, bu layihələrin həyata keçirilməsi üçün illərlə vaxt tələb olunur. Bu, dövlətlərimiz arasında münasibətlərin strateji xarakterini bir daha vurğulayır”.
İ.Pyatibratov “Şimal-Cənub” layihəsinin əhəmiyyətini də qeyd edib: “Bu cür uzunmüddətli layihələr onların iştirakçılarını öz daxili və xarici siyasətlərini əlaqələndirməyə, maksimum səmərəli əməkdaşlığa və gələcəyi birgə qurmağa sövq edir. Bununla əlaqədar, deyə bilərəm ki, indiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan - siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir. Beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin tədricən, lakin düzgün istiqamətdə möhkəmlənməsini, ölkələrimizin müştərək gündəliyinin formalaşmasını və qarşılıqlı maraqlar nəzərə alınmaqla əlaqələndirilməsini müşahidə edirik”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

