/ / Vüqar Rəhimzadə: Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır
Vüqar Rəhimzadə: Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır
15.01.2019 [10:36]
“Regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdan inkişafında əvəzedilməz amil kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcəkdə böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda qalmaqla, çöküş dövrünü yaşayır. Bu gün işğalçı ölkədə siyasi gərginlik mövcuddur, iqtisadiyyat iflas həddindədir, əhali xaricə axın etməkdə davam edir. Qeyd etdiyimiz kimi, səbəb isə birdir: işğalçılıq siyasəti, Azərbaycan və digər ölkələrə qarşı əsassız ərazi iddiaları, terrorçu siyasi rejim. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı xüsusi olaraq bu məsələyə toxunub və iyirmi il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqutundan danışıb. Dövlətimizin başçısı bəyan edib ki, bu, kriminal rejimin məntiqi acı sonudur”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, 20 il ərzində Ermənistandakı kriminal rejimin işğalçılıq siyasətinə biganə qalan beynəlxalq təşkilatlar yenə də ikili standartlardan əl çəkmək istəmir, baş verənlərə obyektiv qiymət verməkdən boyun qaçırırlar: “Prezident İlham Əliyev nitqində haqlı olaraq vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy verirlər. Son parlament seçkilərində gördük ki, hakimiyyəti qanunsuz zəbt edən kriminal rejim heç beş faiz də səs toplaya bilmədi. “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir?”, - deyən dövlətimizin başçısı bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoyub. Hesab edirəm ki, Prezident İlham Əliyevin “Ermənistan beynəlxalq arenada “konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb” fikri bəzi beynəlxalq təşkilatlar üçün dərs olmalı, hadisələrə bundan sonrakı yanaşmalarında əsaslı dönüş yaratmalıdır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, demokratiyadan, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrə göz yummamalıdır: “Söhbət demokratiyadan gedirsə, bu amil Ermənistan üçün də keçərli olmalıdır. Başqa ölkələrə “insan haqları” adı altında təzyiq göstərən bəzi beynəlxalq təşkilatlar Ermənistan adı gələndə niyə susurlar? Bu susqunluq nə vaxta kimi davam edəcək? Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa, bəzi beynəlxalq təşkilatların demokratiya, insan haqları ilə bağlı bəyanatları boş və mənasız söz yığını olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

