Prezident İlham Əliyev: Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz
21.06.2019 [09:57]
Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.
Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.
Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.
Yeni nəşrə dövlətimizin başçısının Bakıda “Asiyanın qəlbi - İstanbul prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, “2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq “BakuTel-2017” Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

