“The Washington Times” qəzeti Azərbaycanın birinci xanımının nəcib təşəbbüsündən yazıb
28.08.2019 [09:31]
ABŞ-da çıxan “The Washington Times” qəzetində “Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin “Mehriban Əliyeva: ağacəkmə layihəsi ilə tanınan Azərbaycanın birinci xanımı” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın meşəsalma yolu ilə ölkənin ekologiyasının yaxşılaşdırılması və vətəndaşlarının rifahının artırılması səylərindən danışılır.
Müəllif yazır ki, Amerika cəmiyyətinin iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizə tədbirlərinin müzakirəsini davam etdirdiyi bir vaxtda Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr parnik qazları tullantıları problemini siyasiləşdirmədən onun həllində bütün dünya üçün model ola bilər. Bu strategiya meşəsalmanın miqyasının genişləndirilməsindən ibarətdir.
R.Sobhani qeyd edir ki, Azərbaycanda ilk dəfə 1990-cı ildə olub və müstəqilliyini 1991-ci ildə bərpa etmiş bu ölkənin ekoloji sisteminin sovet dönəmində dağılmasının şahidi olub. Atmosferdə çirkləndirici maddələrin yüksək səviyyəsi müşahidə olunur, aeroportdan paytaxt Bakının mərkəzinə gedən yolun kənarlarında ağaclar gözə dəymir, əvəzində xam neft “gölməçələri” görünürdü. Müəllifin yazdığına görə, təəssüf ki, Moskvanın mərkəzi hakimiyyət orqanları əsasən müsəlmanlardan ibarət 9 milyon əhalisi olan bu sovet respublikasının gözəl landşaftını da onun əlindən almışdı.
Mehriban xanım Əliyevanın sayəsində bu gün Azərbaycan hər bir açıq məkanda ağacəkmə yolu ilə ekoloji sağlamlaşdırma dövrünü yaşayır. İndi aeroportdan Bakının mərkəzinə gedən yolboyu gözəl ağaclar əkilib. Ətraf mühitin vəziyyətinin bu şəkildə dəyişməsi ilə yanaşı, Azərbaycan bu uzaqgörən layihə ilə dünyaya həm də sensasiya yaratmadan iqlim dəyişikliklərinə qarşı mübarizəni aparmaq yollarını nümayiş etdirir. Ağaclar atmosferi oksigenlə zənginləşdirməklə iqlim dəyişmələrinin nəticələrini dayandırmağa kömək edir.
Azərbaycanda ağacəkmə təkcə ətraf mühitin sovet dövründən qalma tənəzzülünə qarşı mübarizə vasitəsi deyil, o, həm də ictimai səhiyyə ilə birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin gigiyenası üzrə eksperti Linda Tomassonun sözlərinə görə, ağacəkmənin sağlamlıq üçün çox böyük faydası var və havanın çirklənməsi ilə ağciyər xəstəlikləri arasında əlaqəni azalda bilər. Təəccüblü deyil ki, Azərbaycanda havanı zərərli hissəciklərdən təmizləmək üçün daha çox enliyarpaqlı ağaclar əkilir.
R.Sobhani qeyd edir ki, Azərbaycanın birinci xanımını ağacəkmə layihələrini həyata keçirməyə sövq edən daha bir səbəb iqtisadi amildir. Ağacların əkilməsi, onlara qulluq və nəzarət edilməsi üçün yerli sakinlərin işə götürülməsi layiqli gəlir təmin edə bilər. IDEA İctimai Birliyi ağacəkməni gənclərin hüquq və imkanlarının genişləndirilməsi üçün gözəl şans sayır. Təəccüblü deyil ki, “Coca-Cola” 2020-ci ilə qədər 100 min ağac əkmək üçün ADA Universiteti ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu yaxınlarda Mozambikdə 2,2 milyon ağacın əkilməsini bayram edən ABŞ-ın “Eden Projects” xeyriyyə təşkilatının layihələri Mehriban Əliyevanın ağacəkmə təşəbbüslərinin səmərəliliyinin və bu təşəbbüslərin iş yerlərinin yaradılmasına qlobal təsirinin təsdiqidir. Təşkilatın baş direktoru Stiv Fitçin sözlərinə görə, ağacəkmə yerli kəndlərdə məşğulluğu artırıb.
Mehriban Əliyevanın ağacəkmə kampaniyasının qlobal nəticələri dərhal görünməsə də, potensialı çox böyükdür. Məsələn, Asiya və Afrikanın az inkişaf etmiş dövlətlərində çox vaxt elə şərait yaranır ki, işsiz cavanlar arasında radikalizm meyilləri güclənir. Ağacəkmə nəticəsində əldə edilən fundamental fayda iş yerlərinin davamlı artmasının əsasını qoya bilər. Ağacəkmə meşəsizləşmənin qarşısının alınmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.
Azərbaycanın birinci xanımının bu təşəbbüsünün qlobal miqyasda dini dözümlülüyün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşəkkülünə kömək etməsi bu kampaniyanın daha bir nəticəsidir. Dünyanın bütün əsas dinləri ağacların əkilməsini və onlara qulluq edilməsini savab iş sayır. Məsələn, yəhudilikdə Tu bi-Şvat deyilən ağacəkmə bayramı var. Quran və hədislərdə Allahın adı ilə ağac əkilməsi tez-tez xatırlanır. Bibliyada ağaclar “yaxşı qida”ya kömək edən vasitə kimi (Yaradılış 2:9) xatırlanır. Qlobal ağacəkmə kampaniyası müxtəlif etiqad və inancları olan xalqları birləşdirə bilər. Vos Fondunun məlumatına görə, bir ağacın əkilməsinin qiyməti 10 sentdən baha deyil və deməli, 1 trilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək ki, bu da hazırda dünyanın 10 aparıcı suveren xeyriyyə fondunun sərəncamında olan 6 trilyon dollardan çox məbləğin müəyyən qismini təşkil edir.
Rob Sobhani sonda yazır ki, dünya liderlərinin bütün dünyada və öz ölkələrində ağaclar əkməklə iqlim dəyişmələri probleminin həllinin bu sağlam və səmərəli üsulunu tətbiq etmələrinin vaxtı çatıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

