Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb
21.09.2019 [10:07]
“AXC-Müsavat hakimiyyətinin ən böyük siyasi səhvlərindən biri o idi ki, potensialına və gücünə uyğun olmayan bəyanatlar verirdi. Məsələn, Təbrizlə, Dağıstanla, Uyğurla bağlı çox gülünc iddialar səsləndirirdilər və bununla da dünyanı Azərbaycana qarşı çevirirdilər. Elə Sovet imperiyası dağıldıqdan sonra yaradılmış Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmamaqla da Azərbaycanı postsovet məkanındakı proseslərdən təcrid edirdilər, küncə sıxışdırırdılar”. Bu fikirləri KİV-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, 1992-ci ildə Azərbaycanın xarici siyasəti iflic vəziyyətdə idi. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa zamanda Azərbaycanın balanslı xarici siyasət konsepsiyasını formalaşdırdı və reallaşdırdı: “O zamank; hakimiyyətin xarici siyasətdə buraxdığı bir sıra səhvlər milli dövlətçiliyimizi böyük təhlükə qarşısında qoymuşdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin milli mənafelərinin qorunmasına yönələn mühüm addımlar atıldı. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya, türkdilli dövlətlər, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməyə başladı”.
Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmasının siyasi əhəmiyyətindən danışan baş redaktoru qeyd edib ki, ulu öndər Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu nəzərə alaraq özünün ilk səfərlərindən birini məhz bu ölkəyə etmişdi: “O zaman paralel olaraq ölkənin MDB-yə daxil olmasına start verilmişdi. Birliyə daxil olmaq isə Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırılması demək idi. Çünki beynəlxalq münasibətlərdə liberal nəzəriyyənin beynəlxalq təşkilatların guya ki, neytral statusda fəaliyyət göstərdikləri deyilsə də, əslində bu və digər beynəlxalq təşkilatın arxasında qlobal gücün dayandığını inkar etmək mümkün deyil. Beləliklə, ulu öndər Heydər Əliyevin Moskvaya səfəri Rusiya ilə olan gərgin münasibətlərimizi xeyli yumşaltdı və onlara yeni çalarlar qatdı”.
“Azərbaycan Respublikası Milli Məclisi 21 dekabr 1991-ci ildə Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belarus arasında imzalanmış sazişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da rəsmi Bakı MDB çərçivəsində Ermənistanın antiazərbaycan siyasətini sıxışdırmış oldu” deyən Vüqar Rəhimzadə əlavə edib ki, hələ o zaman bəzi qüvvələr Azərbaycanın MDB-yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər: “Lakin zaman göstərdi ki, əksinə, rəsmi Bakı MDB-yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq gətirərək ölkəmizin müstəqilliyinin qorunmasını, onun gələcək inkişafını təmin etməyi bacardı. MDB-yə üzvlük sadaladığımız geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, humanitar, mədəniyyət kimi sahələrdə də Azərbaycana yeni dividendlər qazandırdı. Bu gün Azərbaycan da daxil olmaqla MDB-yə üzv olan dövlətlərin birlikdaxili fəaliyyətləri müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdıqları hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.
Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi, MDB çərçivəsində də aktiv fəaliyyətlə məşğuldur və qurumun yaratdığı perspektivlərdən yararlanmaqdadır. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv hər bir dövlətlə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitəfərli münasibətlərə malikdir ki, bu da Ermənistanın bu platforma daxilində imicinə zərbə vuran böyük amil kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-aşkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqelərini rəsmi Yerevanın işğalçılıq siyasəti ilə əlaqələndirirlər”.
“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərinin önünün açılmasına səbəb olmuşdur: “Yaddan çıxarmaq olmaz ki, Azərbaycan MDB-yə daxil olmaqla bağlı sənədi ratifikasiya etdikdən düz bir il sonra sentyabrın 20-si “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Əgər MDB-yə daxil olmasaydıq və Rusiya ilə gərgin münasibətlərdə qalsaydıq, perspektivi bəlli olmayan yola girə bilərdik. Bir sözlə, Birliyə üzvlük tariximiz bu illər ərzində göstəmiş oldu ki, 26 il əvvəl sentyabrın 20-də Azərbaycan xarici vektorda mühüm dəyişikliklər edərək gələcək uğurların əsaslarından birini qoyub”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

