/ / XİN: Ermənistanın siyasətinin işğalçı mahiyyəti dünya ictimaiyyətinin üçdəikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanındı
XİN: Ermənistanın siyasətinin işğalçı mahiyyəti dünya ictimaiyyətinin üçdəikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanındı
30.10.2019 [09:42]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycanın ərazi bütövlüyünə ifadə olunan dəstəklə bağlı bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir: Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq etdi. Belə ki, bu mövqe bundan öncə də Qoşulmama Hərəkatının münaqişə ilə bağlı mövcud olan “münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyi” çağırışını təkrar edərək, bu məsələdə daha irəli addım atıldı və “güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanır və təsdiq edilir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək” müddəası yekdilliklə qəbul edildi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum dörd qətnamələrində Azərbaycan ərazilərinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması ilə bağlı əks olunan mövqe, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrə əlavə olaraq, Ermənistanın siyasətinin işğalçı mahiyyəti növbəti dəfə və dünya ictimaiyyətinin üçdəikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanındı.
Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və ölkənin ərazi bütövlüyünü pozan, hazırda Azərbaycanın ərazilərinin beşdəbirini hərbi işğal altında saxlayaraq bu ərazilərin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən, mülki əhaliyə qarşı Xocalı soyqırımı kimi qətliamı törədən və hazırda öz destruktiv mövqeyi və anneksiya siyasəti ilə münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəliyindən danışmağa haqqı var. Bu gün beynəlxalq ictimaiyyətin tanıdığı və həllini tələb etdiyi bir həqiqət var, o da Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunduğu və bu işğala son qoyularaq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələbindən ibarətdir. Bunu görmək istəməyən yeganə ölkə isə elə işğalçı ölkə Ermənistandır.
Digər beynəlxalq təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının da mövqeyi məhz beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktına, Hərəkatın təməlini təşkil edən Bandunq prinsiplərinə əsaslanır. Belə ki, bütün hallarda qanunsuz güc tətbiqi, ölkələrin beynəlxalq tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulması qəti şəkildə pislənilir. Təcavüzkar siyasəti ilə bölgədə sülh və təhlükəsizliyə təhdid törədən Ermənistanın iddia etdiyi kimi “təhlükəsizlik təminatçısı” qismində çıxış etməsi üçün, ilk növbədə, ərazi iddialarına son verməsi və mövcud təhlükəsizlik mühitini dərk etməsi gərəkdir. Yalnız Azərbaycan Hökuməti və ölkənin Konstitusiyası dövlətin ərazisində yaşayan bütün əhalinin, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin əhalisinin təhlükəsizlik təminatçısıdır və bundan sonra da belə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

