/ / Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi kitabların təqdimatı keçirilib
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi kitabların təqdimatı keçirilib
05.02.2010 [10:59]
Bu siyahıya Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” əsəri, sektor müdiri Qafar Əliyevin ulu öndər Heydər Əliyev haqqında rus dilində buraxılmış “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı”, tanınmış yazıçı və pedaqoq Mir Cəlalın qırğız dilində işıq üzü görmüş “Bir gəncin manifesti”, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanaraq rus və ingilis dillərində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabları, professor Aqil Hacıyevin “19-cu əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu” monoqrafiyası, Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Elmi Mərkəzinin nəşr etdirdiyi “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının ümummilli lider Heydər Əliyevə, tanınmış Azərbaycan yazıçısı Mir Cəlala, yazıçı çingiz Aytmatova həsr olunmuş xüsusi nömrələri daxildir.
Tədbirdə Qırğızıstan Xalqları Assambleyasının nümayəndələri, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Qazaxıstanın, özbəkistanın, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasimi Fondun sədri Nüsrət Məmmədov açmış, Azərbaycanın tarixi, ədəbyyatı, mədəniyyətinin təbliği sahəsində bu kitabların böyük rol oynayacağını bildirib və deyib ki, bu iş gələcəkdə də davam etdiriləcək.
Səfirliyimizin müşaviri İlqar Cabbarov Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq ənənələrinin tarixindən danışıb, ölkələrimizin daha da yaxınlaşması və Azərbaycan həqiqətlərinin yayılmasında bu kitabların əhəmiyyətindən söhbət açıb. Böyük qırğız yazıçısı çingiz Aytmatovun qardaşı, akademik Elgiz Aytmatov dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabı haqqında danışıb, bu böyük şəxsiyyətin həyatının öyrənilməsində əsərin əhəmiyyətindən söz açıb.
Akademik Abdıldacan Akmataliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində bu kitabların böyük əhəmiyyəti olacağını qeyd edib, “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabının əvəzsiz mənbə olduğunu bildirib.
“Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev, veteran müəllimə Flora Şıxlinskaya, Qırğızıstan-Azərbaycan Gənclər Təşkilatının sədri Lalə Abdullayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova, Qırğızıstan Xalqlar Assambleyasının nümayəndəsi Muxittin Aytbayev və başqaları bu kitabların böyük əhəmiyyəti haqqında söz açmış, nəşrlərin yayılmasının vacibliyinə toxunublar.
Mərasim iştirakçıları bu kitabların Qırğızıstanın ali və orta məktəblərinin tədris proqramında istifadə edilməsi üçün təhsil naziri Abdılda Musayevə müraciət qəbul ediblər.
Akademik Abdıldacan Akmataliyev yeni çap edilmiş “Qırğız dilinin izahlı lüğəti” kitabını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılması üçün Fondun rəhbərinə təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

