/ / Deputat: Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür
Deputat: Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür
18.03.2020 [09:25]
Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb. Güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Belə olan halda, ölkəmizdə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məsələlərdən biri koronavirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, təhlükə ortaya çıxar-çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, tranzit yüklərin daşımasında xüsusi qaydaların tətbiq edilməsi, qabaqlayıcı tədbirlərə kömək edəcək tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verdi və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir.
“Şübhəsiz ki, bu istiqamətdə atılan əsas addımlardan biri də sosial şəbəkələrdə və internet resurslarında koronavirusla bağlı yayılan “informasiya pandemiyası”na qarşı aparılan mübarizə və görülən sərt tədbirlər oldu. Başlanğıcda ictimai ajiotaj yaratmaq istəyənlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən edilən qəti xəbərdarlıqlar və həyata keçirilən tədbirlər ən azı qoruyucu vasitələrin möhtəkirliyini edənlərə qarşı görülən tədbirlər qədər səmərəli oldu və öz nəticəsini verdi. Əlbəttə, hazırda təhlükənin sovuşduğundan danışmaq tezdir. Ona görə də koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Biz bu ümumi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik. Hazırda dövlətimiz bir sıra ölkələrlə müxtəlif kommunikasiyalara məhdudiyyətlər qoyur və bunu məhz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün edir. Eyni zamanda, ayrı- ayrı ölkələrdə olan vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bütün bunlar isə cəmiyyətimiz tərəfindən təqdir olunur. Unutmaq olmaz ki, bu, bir pandemiyadır”, - deyə deputat əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

