/ / Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur
Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur
04.07.2020 [08:02]
Bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər mühüm yer tutur. O cümlədən ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri qurur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir.
Deputatın sözlərinə görə, xarici siyasətimizdə üçtərəfli görüş formatı artıq ənənəyə çevrilib. Belə ki, həm dövlət başçıları, həm də nazirlər səviyyəsində vaxtaşırı olaraq bu tipli görüşlər keçirilir. S.Fətəliyeva qeyd edib ki, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşü də hazırkı şəraitdə böyük önəm kəsb edir: “Görüşdə bir sıra aktual mövzular müzakirə olunub. Videokonfrans formatında keçirilən görüş zamanı Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirdiyini bildirib. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlər bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər”.
S.Fətəliyeva, həmçinin söyləyib ki, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Onun sözlərinə görə, Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçərək Avropaya daşınması və əks istiqamətdən daşınmalar ölkələr üçün çox əlverişlidir. Həm Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti, həm də Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi imkanları daha da genişləndirir. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın Əfqanıstan və Türkmənistanla əməkdaşlığını daha da inkişaf etdirib. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Bu amil ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, siyasi dividendlər də qazandırır”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

