/ / Xuan Karlos Universitetinin professoru: Ermənistanın təcavüzkar siyasəti regionda sülhə və təhlükəsizliyə əsas təhdiddir
Xuan Karlos Universitetinin professoru: Ermənistanın təcavüzkar siyasəti regionda sülhə və təhlükəsizliyə əsas təhdiddir
24.07.2020 [23:17]
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, təcavüzkar siyasətini pisləyirəm. Bu cür siyasət regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Əlbəttə ki, bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İspaniyanın Xuan Karlos Universitetinin Hüquq və beynəlxalq münasibətlər üzrə professoru Karlos Uriarte bildirib.
O deyib: “BMT-nin Baş katibi Antonio Quterreşin də bəyan etdiyi kimi, bütün dünya öz səylərini COVID-19 pandemiyası ilə mübarizəyə yönəltməlidir. Belə bir həssas dövrdə, yaranmış vəziyyətdən sui-istifadə edərək digər dövlətə qarşı hərbi təcavüz aktının törədilməsi qəbuledilməzdir. Ermənistan təxribatçı əməllərindən əl çəkərək özünün beynəlxalq öhdəliklərinə əməl etməlidir”.
Professor dünyanın istənilən bölgəsində münaqişələrin həlli üçün əsas kimi beynəlxalq hüquqa, müvafiq beynəlxalq təşkilatların sənədlərinə istinad edildiyini vurğulayaraq söyləyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri rəhbər tutulmalı, yenilənmiş Madrid prinsipləri nəzərə alınmalıdır”.
Ermənistanın təxribatları zamanı mülki şəxslərə, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açması ilə bağlı sualı cavablandıran Karlos Uriarte bildirib: “Münaqişələr zamanı mülki əhalinin, xüsusilə də əhalinin həssas təbəqələrinin – yaşlı insanların, qadınların və uşaqların zərər görməsi böyük təəssüf hissi doğurur. Mülki əhaliyə zərər vermiş tərəf olan Ermənistan Azərbaycan xalqından və dövlətindən üzr istəməli, öz təqsirini etiraf etməli və dəymiş ziyanın əvəzini ödəməlidir”.
Karlos Uriarte diqqətə çatdırıb ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsinə dair 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib, lakin həmin qətnamələr hələ də Ermənistan tərəfindən icra edilməyib. Mən bundan dərin təəssüf keçirirəm. Ermənistan Azərbaycana qarşı təcavüz aktı həyata keçirməklə BMT Nizamnaməsinin digər müddəaları ilə yanaşı, 2.4-cü maddəsini (BMT-nin prinsipləri) kobud şəkildə pozub. Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə etnik təmizləmənin həyata keçirilməsi BMT Nizamnaməsinə tam şəkildə ziddir. Ermənistan BMT-nin, habelə Avropa Şurasının üzv dövləti kimi adıçəkilən təşkilatların təsis aktlarına, əsas hüquqi sənədlərinə hörmətlə yanaşmalıdır. Lakin biz görürük ki, Ermənistan beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, Əsas İnsan Hüquqları və Azadlıqları haqqında Avropa Konvensiyasına zidd siyasət həyata keçirərək, qonşu Azərbaycanın ərazilərini işğal altında saxlayır, 1 milyondan çox azərbaycanlının əsas insan hüquqlarını pozmaqda davam edir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

