/ / Ayaz Mirzəyev: Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət kursu dünya ictimaiyyətinin münaqişə ilə bağlı həqiqətləri dilə gətirməsində əsaslı rol oynayır
Ayaz Mirzəyev: Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət kursu dünya ictimaiyyətinin münaqişə ilə bağlı həqiqətləri dilə gətirməsində əsaslı rol oynayır
05.11.2020 [08:30]
“Azərbaycan Silahlı Qüvvələrinin son bir ayda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları düşməni döyüş meydanında açıq məğlubiyyətə uğradıb. Azərbaycan əsgərinin qarşısına çıxmağa, onunla mübarizə aparmağa cürəti çatmayan mənfur düşmən növbəti dəfə özünün terrorçu mahiyyətini nümayiş etdirərək Bərdə şəhərinə qarşı qadağan olunmuş kasetli bombalarla hücum həyata keçirdi, mülki vətəndaşlarımızı qətlə yetirdi. Bu, bir daha Ermənistanın müharibə qanunlarına riayət etmədiyini, beynəlxalq konvensiyaları və beynəlxalq hüququn tələblərini pozduğunu ortaya qoyur. Fikrimcə, beynəlxalq aləm terrorçu dövlətin dinc insanlara qarşı həyata keçirdiyi müharibə cinayətlərinə susmamalı, ciddi mövqe nümayiş etdirməlidir”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib. Onun sözlərinə görə, artıq bir sıra beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı açıqlama yayıb və baş verənləri pisləyib. “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatların açıqlamalarında qadağan edilmiş silahlardan istifadənin və mülki əhaliyə qarşı olan hücumların yolverilməzliyinin yer aldığını bildirən A.Mirzəyev onu da vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət kursu dünya ictimaiyyətinin münaqişə ilə bağlı həqiqətləri dilə gətirməsində əsaslı rol oynayır.
“Azərbaycan Prezidenti son bir ayda demək olar ki, dünya birliyinin diqqətini münaqişənin mahiyyətinə, ölkəmizin öz ərazi bütövlüyünün təmini uğurunda apardığı haqlı mübarizəyə cəlb edib. Diqqət yetirsək, dünyanın aparıcı KİV-ləri döyüş xəttindən reportajlar hazırlayır, məsələyə həqiqət prizmasından yanaşırlar. Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilməsi “VICE News” kanalının jurnalistləri tərəfindən də təsdiqlənib. Kanalın əməkdaşı Hind Hassan rəsmi “İnstagram” hesabında bildirib ki, Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib. Artıq bütün beynəlxalq ictimaiyyət Ermənistan dövlətinin terror siyasəti həyata keçirdiyini, dinc əhaliyə qarşı amansız davranışını, müharibə cinayətləri törətdiyini əyani şəkildə görür”, - deyə bildirən A.Mirzəyev qısa zaman ərzində işğal altındakı Azərbaycan torpaqlarının azad ediləcəyinə və ərazi bütövlüyümüzün təmin olunacağına inamını da ifadə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30

